boran sözü həddən artıq külək, çovğun, qasırğa, həmçinin müsibət, fəlakət, bəla mənasını ifadə edir.
Deyilənə görə, erkən dövrlərdə Boran adını boranda doğulan övladlara qoyarmışlar. Boran qədim adlardan olsa da, soyad kimi formalaşmamışdır. Məcazi mənada da işlənir. Məsələn, Dost yolunda boran olar, qar olar atalar sözündə məcazi mənada işlənən boran sözü çətinlik, cəfaya mübtəla olmaq kimi anlamları ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti