azərb. qar sözü və yağdı (yağmaq feili keçm. z.) feilinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qaryağdı kişi adı türk tayfalarından olan Qaryağdı tayfasının adı ilə əlaqədardır. Adın daşıyıcılarından xalq arasında Cabbar Qaryağdı kimi tanınan, musiqi tariximizdə xanəndə, bəstəkar, Azərbaycanda Konservatoriyanın ilk təşkilatçılarndan biri Cabbar İsmayıl oğlu (1861-1944) xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qasım (əslində qasim) sözündəndir. Qasım kişi adı bölən, bölüşdürən, ayıran, dərdinə şərik olan, pay verən mənasındadır.
Məişətimizdə Qasım adı geniş yayılmış kişi adları sırasındadır. Müsəlman ölkələrində Qasım adı geniş yayılmışdır. Məlum olduğu kimi, Məhəmməd Peyğəmbərin oğlunun adı Qasım olmuşdur. Adın daşıyıcılarından XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın məşhur satirik şairi, milli realizmin ilk görkəmli nümayəndələrindən olan maarifçi, satirik üslubun əsasını qoyan qüdrətli sənətkar Qasım bəy Zakirin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Adın daha bir daşıyıcısı XX əsrdə Azərbaycanda görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, filologiya elmləri doktoru Qasım Xansuvar oğlu Qasımzadə (1923-1993) ədəbi-tənqid, tərcüməçilik sahəsində xüsusi yeri olan ziyalılarımızdan olmuşdur. Azərbaycanda Qasımov, Qasımzadə, Qasımlı soyadları da kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Qasım adı və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qasımxan (bax: ad – QASIM; XAN) kişi adı Qasım xan anlamındadır. Adla əlaqədar Azərbaycanın qədim tarixi abidələrindən olan Qasımxan qalası (XVIII əsr) İsmayıllı bölgəsində yerləşir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qasir sözündən olub, dilimizdə qısa, alçaq, qısa boylu, gödək, gücsüz, zəif anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındandır. Qasir XIX əsrin ortalarında “Fövcül-Füsəha” məclisinin rəhbəri Mirzə İsmayıl Axundovun (1805-1900) təxəllüsü olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qaya daşlıq və sarp dağ, dağın irəli çıxan hissəsi, daşlıq, uçurum, yarğan, həmçinin çox iri və sərt daşdır.
Məcazi mənada möhkəm, yenilməz, sarsılmaz anlamındadır. Qaya kişi adı da sarsılmaz, möhkəm olan (adam) mənasındadır. Bir çox bədii əsərlərdə adın daşıdığı bu xüsusiyyətlər nəzərə alınaraq müsbət planda təqdim edilən surətlərə Qaya adı verilir. Türk antroponimik vahidlər sistemində mövcud Qaya (bəzən Kaya şəklində) adı da, tərkibində adın işləndiyi mürəkkəb şəxs adları da türk xalqlarının məişətində geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, bu gün Qaya məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qeyb (əslində ğeyb) sözündəndir. Azərbaycan dilinə tərcümədə uzaq və göz önündə olmama, qaiblik mənasındadır.
İslam dinində qayıb, yaxud qeyb gözlə görünməz aləm, aləmi-qeybdir, başqa sözlə, Qayıb kişi adı gözlə görünməyən, lakin mövcud olan (Allah, Tanrı) mənasındadır. Azərbaycan antroponimikasında Qayıb köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Lakin addan formalaşmış Qayıbov, Qayıbzadə, Qayıblı soyadları kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qayıtmaq feilindəndir. Qayıt sözü dönmək, yenidən başlamaq və buna yaxın mənalarda işlənir.
Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi deyil, yalnız mürəkkəb şəxs adlarının tərkibində işlənir. Məsələn, Alqayıt (bax: ad – ALQAYIT), Qızqayıt (bax: ad – QIZQAYIT), Gülqayıt (bax: ad – GÜLQAYIT) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qayıtmaz (qeyri-qəti gəl. z. ş. qayıtmaq feli, ink.) sözündəndir. Qayıtmaz kişi adı dönməz, möhkəm, mətin mənasındadır.
Bu gün Azərbaycan antroponimikasında Qayıtmaz köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Qeyd etmək lazımdır ki, hazırda Qayıtmazov, Qayıtmazlı soyadlarının kifayət qədər mövcud olması yaxın keçmişə qədər məişətimizdə Qayıtmaz kişi adının da geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qazı (əslində qazi) sözündəndir. Dilimizin ahəng qanununa uyğun qazı şəklinə düşmüş qazi sözü bir neçə mənada işlənir: 1. Allah yolunda, din uğrunda savaşan kişi; 2. Yerinə yetirən, icra edən, şəriət hakimi. Qəza edən və savaşa qatılan; 3. Qalib, fateh, qələbə çalan, qalib gələn; 4. Müharibədə yaralanan adam.
Müasir türk dillərinin əksəriyyətində qazi sözü vətən uğrunda gedən döyüşlərdə yaralanan şəxs anlamındadır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Qazi də bu qəbildən olan kişi adları sırasındadır. Qazi vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqaz və İran üçün səciyyəvi titullardan olmuşdur. Sonradan adın təhrif olunmuş forması Qazı da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Müasir Azərbaycan dilində qazi/qazı sözü ümumiyyətlə işlənmir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qazi/Qazı da bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiQeybullah (bax: ad – QAYIB; ÜLLAH) kişi adı Allahın, Tanrının gözəgörünməz olması anlamındadır. Adın təhrif olunmuş forması Qeybulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Qeybulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adları sırasında olan Qeybulla bu gün artıq unudulmaqdadır desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğəti