ərəb. qeyb (əslində ğeyb) sözündəndir. Azərbaycan dilinə tərcümədə uzaq və göz önündə olmama, qaiblik mənasındadır.
İslam dinində qayıb, yaxud qeyb gözlə görünməz aləm, aləmi-qeybdir, başqa sözlə, Qayıb kişi adı gözlə görünməyən, lakin mövcud olan (Allah, Tanrı) mənasındadır. Azərbaycan antroponimikasında Qayıb köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Lakin addan formalaşmış Qayıbov, Qayıbzadə, Qayıblı soyadları kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti