Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QAYA

azərb. qaya daşlıq və sarp dağ, dağın irəli çıxan hissəsi, daşlıq, uçurum, yarğan, həmçinin çox iri və sərt daşdır.

Məcazi mənada möhkəm, yenilməz, sarsılmaz anlamındadır. Qaya kişi adı da sarsılmaz, möhkəm olan (adam) mənasındadır. Bir çox bədii əsərlərdə adın daşıdığı bu xüsusiyyətlər nəzərə alınaraq müsbət planda təqdim edilən surətlərə Qaya adı verilir. Türk antroponimik vahidlər sistemində mövcud Qaya (bəzən Kaya şəklində) adı da, tərkibində adın işləndiyi mürəkkəb şəxs adları da türk xalqlarının məişətində geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, bu gün Qaya məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti