Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QANDƏMİR

türk. qan damir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Qandəmir (bax: ad – DƏMİR) kişi adı polad dəmir kimi möhkəmliyi qanından gələn, qanı dəmir kimi olan, çox güclü, qüvvətli, dözümlü, möhkəm anlamındadır. Adın təhrif olunmuş forması Qantəmir də sonradan müstəqi kişi adı kimi rəsmiləşmişdir. Adın məşhur daşıyıcılarından İstanbul Darülfunu Tarix-ədəbiyyat fakültəsinin (1914), eyni zamanda Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin (1929) məzunu, Azərbaycanın görkəmli maarif xadimi, müəllim, yazıçı, diş həkimi kimi fəaliyyət göstərmiş Qafur Sədrəddin oğlu Əfəndiyev ədəbiyyat tarixində Qantəmir təxəllüsü ilə qalmışdır. Sovet dövründə repressiyaya məruz qalmış ziyalılarımızdan olmuşdur. Təxəllüsdən yaranmış Qandəmir/Qantəmir kişi adı bu gün Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasındadır. Qandəmir/Qantəmir kişi adı digər dillərə də keçmişdir. Rusiyada məşhur satirik şair, diplomat və maarifçi D.K.Kantemir (17081744), həmçinin Rumıniyada, Moldovada Kantemir knyaz nəslinin nümayəndələri məlumdur. Bu gün də Rusiyada və Osetiyada Kandemirov/Kantemirov soyadını daşıyan məşhur zadəgan nəslinin davamçıları yaşayır. Moldovada Kantemir şəhər adıdır. Rus dilçiliyində bir çox tədqiqatçılar Kantemir soyadının türk mənşəli olması barədə fikirlərini əsaslandırmışlar. Belə bir nəticəyə gəlmişlər ki, Rusiyada knyaz nəslinə mənsub Kantemir soyadı 1540-cı ildə xristianlığı qəbul edərək Moldovada məskunlaşan çox zəngin tatar millətindən olan şəxsin soyadı ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti