ərəb. qafar (əslində qafar) sözündən olub, mərhəmət edən, bağışlayan, eyibləri örtən anlamlarını ifadə edir.
Allahın məlum 99 adındandır. Əl-Qafar qullarına mərhəmət edən, onların eyiblərini örtən, günahlarını bağışlayan Allah mənasındadır. Əbdülqafar şəklində də işlənir. Məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından XX əsrdə Xaqani Şirvani irsinin tədqiqində mühüm araşdırmaların müəllifi Qafar Kəndli Herisçi (1925-1997) tanınmış ədəbiyyatşünas olmaqla yanaşı, həm də publisist, nasir olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti