azərb. qala və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qalabəyi (bax: ad – BƏY) kişi adı qalanın başçısı, bəyi anlamındadır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Qalabəyi də bu qəbildən olan kişi adları sırasındadır. Qalabəyi vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqaz və İran üçün səciyyəvi titullardan olmuşdur. Adın təhrif olunmuş forması Qalabəy də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qalabəyi/ Qalabəy bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti