Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QAMBAY

türk. qam bay sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Türk xalqlarının bəzilərinin dillərində qam cadugər, şaman, nağıl danışan, həkim, təbib, loğman, filosof və başqa yaxın anlamları ifadə edir. “Kitabi-Dədə Qorqud” dastanlarındakı Qam-qan (Kam xan) və Qam-büre (Kam Büre) şəxs adlarındakı qam teonimi müqəddəs anlamlıdır. Qam sözü ilə bay/bəy (bax: ad – BƏY) sözündən yaranmış Qambay kişi adı müqəddəs, inanılan, həmçinin həkim, bilici, loğman, nağılçı mənalarındadır. Adın təhrif olunmuş forması Qanbay da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti