fars-ərəb. maysara sözündəndir. Maysara qadın adı məhsuldar ay, bolluq ayı mənasındadır.
Adın təhrif olunmuş formaları Meysara, Meysarə, Meysərə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün Maysara adı Azərbaycanda yalnız Meysərə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mehrab sözündəndir. Mehrabə qadın adı İslam dini ilə əlaqədar şəxs adlarından olan, dilimizə tərcümədə döyüş yeri, imamın ibadətlə məşğul olduğu yer, həmçinin həm mənəvi, həm də maddi cəhətdən yüksək yer mənalarını ifadə edən Mehrab kişi adından (bax: ad – MEHRAB) ənənəvi yolla düzəlmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mehran sözündəndir. Mehran dilimizə tərcümədə sevən, məhəbbəti olan mənasını ifadə edir.
Qafqaz Albaniyasının başında duran İran mənşəli Mehranilər sülaləsinin (628-705) əsasını qoymuş Mehranın adındandır. Ə.Firdövsinin “Şahnamə” əsərində də Mehran adına rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Lüğətlərdə Mehran qadın adının çay adından olması barədə məlumatlara da rast gəlinir. Adın sonuna -a şəkilçisi artırmaqla Mehranə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars-ərəb. mehransa (əslində mehr an-nisa) sözündəndir. Mehransa (bax: ad – MEHRİ; NİSƏ) qadın adı qadınların günəşi mənasını ifadə edir.
Adın təhrif olunmuş formaları Meyransa, Mehrənsə, Meyrənsə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün Mehransa qadın adı Azərbaycanda yalnız Meyransa, Meyrənsə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mehr sözündən olub, dostluq, məhəbbət, həmçinin günəş (Mitranın sinonimidir) anlamlarını ifadə edir.
Qədim astrologiyaya əsasən, Mehr günəşdir, rəşadət, qəhrəmanlıq simvoludur. Qədim şəmsi təqvimində isə aylardan birinin adıdır. Mehr ayında da vaxtilə bayram kimi təntənəli qeyd edilən Mehr günü olmuşdur. Payızın əvvəllərinə təsadüf edən bu mərasim təxminən Novruz bayramı səviyyəsində keçirilirmiş. Məlum oduğu kimi, Azərbacan dilində söz sonunda iki samitin yanaşı gəlməsi zamanı tələffüzdə ağırlıq yarandığından, mehr sözü dəyişdirilərək Mehri formasına düşmüşdür. Azərbaycan antroponimikasında Mehri qadın adı ilə yanaşı tərkibində Mehri adının işləndiyi qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti