fars-ərəb. mehransa (əslində mehr an-nisa) sözündəndir. Mehransa (bax: ad – MEHRİ; NİSƏ) qadın adı qadınların günəşi mənasını ifadə edir.
Adın təhrif olunmuş formaları Meyransa, Mehrənsə, Meyrənsə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün Mehransa qadın adı Azərbaycanda yalnız Meyransa, Meyrənsə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti