fars. mehran sözündəndir. Mehran dilimizə tərcümədə sevən, məhəbbəti olan mənasını ifadə edir.
Qafqaz Albaniyasının başında duran İran mənşəli Mehranilər sülaləsinin (628-705) əsasını qoymuş Mehranın adındandır. Ə.Firdövsinin “Şahnamə” əsərində də Mehran adına rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Lüğətlərdə Mehran qadın adının çay adından olması barədə məlumatlara da rast gəlinir. Adın sonuna -a şəkilçisi artırmaqla Mehranə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti