gümrah sözündən olub, Azərbaycan dilində gümrah sözü qıvraq, möhkəm, sağlam, qüvvətli anlamlarını ifadə edir.
Fars dilində isə gümrah sözü doğru yoldan çəkilmiş, yolunu azmış, azğın və buna yaxın daha kobud mənalarda işlənir. Gümrah məişətimizdə unudulmaqda olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətigümüç sözündən olub, zərgərlik, bəzək əşyaları düzəltmək, pul kəsmək və s. üçün işlədilən parlaq, bozumtul, ağ rəngli, kimyəvi element, nəcib metalın adıdır. Gümüşdən qayrılmış əşyaların adına da deyilir.
Azərbaycan antroponimikasında qiymətli metal adlarından yaranmış şəxs adları sırasında olan Gümüş həm də müştərək adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən gün sözündəndir.
Gündüz sözü müasir Azərbaycan dilində ümumişlək sözlərdən olub, gecə-gündüzün işıqlı hissəsi, gündoğandan günbatana qədər olan müddətdir (gecə müqabili). Gündüz kişi adı günün aydınlıq vaxtı mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən gün və ər sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Günər dan sökülən vaxt, erkən, tezdən anlamlarındadır. Günər (bax: ad – GÜN; ƏR) kişi adı günəşlə, günün doğması ilə əlaqədardır. İnanclara görə, günəşin doğduğu vaxt, sübh tezdən doğulan körpələrə Günər adı verilməsi daha məsləhətdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətigürcü sözündəndir. Gürcü kişi adı Gürcüstanın əsas yerli əhalisini təşkil edən, iber Qafqaz dillərindən birində danışan xalq və bu xalqa mənsub adam mənasındadır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında bir çox xalqların adlarını ifadə edən şəxs adları mövcuddur. Gürcü də bu qəbildən olan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətigürçad sözündəndir. Mənbələrdə Gürşad kişi adındakı gur çay, gur axan çay mənasını ifadə edən gür komponenti kür sözü ilə əlaqələndirilir.
Məlum olduğu kimi, kür sözünə türk dillərində olduğu kimi, qədim yunan, latın, ərəb, fars, Qafqazda yaşayan xalqlara məxsus bir sıra mənbələrdə kor, kur, kir, kiri, əl- kurr, mtkuari və s. şəklində rast gəlinir. Araşdırıcıların qənaəti belədir ki. “su, çay” mənası verən kür sözü yerli alban (Qafqaz) tayfalarının birinin dilindən götürülmüşdür. Azərbaycanda yaşayan qrızların və buduqların dillərində hal-hazırda da kur sözü “su, çay” mənasında işlədilir. Türk dillərində isə bu sözün “sürətli, inadkar, güclü” mənaları vardır. “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəldiyimiz “kür qopdu, ərcil qopdu” ifadəsindəki kür sözü də eyni mənadadır. Qədim türk dillərində işlənmiş kür sözü bu gün də Anadolu türkcəsində işlədilən gur/gür sözü ilə eyni mənadadır. Bu gün Azərbaycan dilində də, digər türk dillərində də mövcud şəxs adlarında kür sözü gur/gür biçimindədir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Gürşad antroponimi lüğətlərdə çox bərk və sürətli yağan yağış, iri damlalar şəklində güclü yağan yağış kimi izah edilir. Adın tərkibində qədim türklərin məişətində, dövlət quruluşunda mövcud xan tituluna uyğun şad titulu (bax: – ŞAD) işlənməsi belə bir fikir söyləməyə əsas verir ki, Gürşad kişi adı qüdrətli xan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətigün sözündəndir. Gün sözü dilimizdə ümumişlək sözlərdən olub bir neçə məna ifadə edir: 1. Gecə-gündüzün səhərdən-axşama qədərki işıqlı müddəti, gün çıxandan gün batana qədərki dövr; 2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz; 3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimində təyin edilmiş gün; 4. Vaxt, vaxtilə; 5. mac. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran;Vəziyyət, hal mənasında; 7. Dan, əmək, gün.
Gün sözü türk antroponimik vahidlər sistemində vaxtilə müştərək şəxs adları sırasında olsa da, bu gün yalnız mürəkkəb adların tərkibində (bəzi adların əvvəlində, bəzi adların sonunda) işlənir. Bu qəbildən olan şəxs adlarındakı gün komponenti günəşlə, aydınlıqla əlaqədar mənalar ifadə edir. Azərbaycanda çox qədim dövrlərdən övladlara verilən belə şəxs adları bu gün də məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti