Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DİLBAZ fars.

dilbaz sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dilbaz (bax: – DİL; BAZ) kişi adı olaraq ürəkaçan, qəlboxşayan mənasındadır. Dilbaz adından səsartımı (i səsi) yolu ilə yaranmış Dilbazi adı sonralar soyad, təxəllüs kimi də istifadə edilmişdir.

XX əsrin məşhur şairələrindən olan Mirvarid Dilbazi, Azərbaycanda ən məşhur rəqqasələrdən olmuş Əminə Dilbazi bu gün də hörmətlə xatırlanan sənətkarlarımız sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DİLKƏŞ fars.

dilkaç (əslində delkəş) sözündəndir. Dilkəş (bax: DİL) şəxs adı ürəklə əlaqədar, ürəklə bağlı anlamlarındadır. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Dilkəş Şərqdə məşhur təsniflərdən birinin adından olub, muğam parçalarının adları ilə əlaqədar şəxs adları (məsələn, Muğamat, Zəminxarə və s.) sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti