mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş iki titulun – bay və sultan titullarını bildirən sözlərin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bəysultan (bax: ad – BƏY; SULTAN) kişi adı sultanlar sultanı, bəylər bəyi mənasındadır. Adın təhrif olunmuş forması Bəysoltan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş bay titulunun və verdi sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bəyverdi (bax: ad – BƏY; VERDİ) kişi adı bəyin, hər şeyi idarə etmək iqtidarında olanın (Tanrının) verdiyi, bəxş etdiyi övlad mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun və zada sözünün birləşməsindən yaranmış addır.
Bəyzadə (bax: ad – BƏY; ZADƏ) kişi adı bəy oğlu, bəy nəvəsi, bir sözlə, bəy nəslindən olan, zadəgan, əsilzadə, kübar anlamlarını ifadə edir. Vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqazda və İran üçün səciyyəvi titullardan biri də Bəyzadə olmuşdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Bəyzadə də bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan, yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibican sözündən olub, dilimizdə əsasən iki məna ifadə edir: 1. Cansız, ruhsuz. 2. Canını qurban verən, fəda edən, əsirgəməyən, özünü qorumayan. Bican şəxs adının mənası sözün birinci mənası ilə əlaqədardır.
Bəzi mənbələrdə belə bir məlumata da rast gəlinir ki, bir zamanlar çox zəif, cansız, ölü kimi doğulan uşaqlara bu adı verirmişlər. Sonradan mənasına o qədər də fikir verilməmiş və ad məişətimizdə yayılmışdır. Tələffüzü Becan adına yaxın olduğu üçün bəzən bu iki ad eyniləşdirilir. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Bican şəxs adında vurğu fars mənşəli birinci hecaya, yəni sözün əvvəlində gələn bi önşəkilçisinə düşür. Becan şəxs adında isə vurğu son hecaya düşür, eyni zamanda e saiti uzun tələffüz edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibilal sözünün bir neçə mənası vardır: 1. Suvaran, su verən, suçu; 2. Nəm, nəmişlik; 3. Sağlamlıq; 4. Sərin meh; 5. İslanmış, islaq. Bilal şəxs adı sözün beşinci mənası ilə, yə islanmış, islaq mənası ilə əlaqədardır.
Bu gün Bilal adının daşıyıcıları əsasən orta və yaşlı nəslin nümayəndələridir. İslamda azanı ilk oxuyan səhabə Bilali Həbəşinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibilan (bilmək feilindən f. sif.) sözü ilə fars. dar (əslində dar, daştən – malik olmaq feilinin kökü) sözlərinin birləşməsindən əmələ gəlmiş addır.
Biləndər kişi adı çox biliyə malik olan anlamını ifadə edir. Biləndər şəxs adı hərtərəfli məlumatlı olan şəxs, çox şeydən xəbəri olan adam, biliyi çox olan, bilici (adam), bilən adam mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBinnat və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Binnətəli (bax: ad – BİNNƏT; ƏLİ) Tanrı tərəfindən bəxş edilən övlad, Tanrı tərəfindən bağışlanmış övlad anlamını ifadə edir. Adın təhrif olunmuş forması Binnətalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibir sözü mürəkkəb adların tərkibində işlənərkən tək, vahid, təkcə, yeganə, bircə mənasını ifadə edir.
Rəvayətlərə görə, rəqəmlərin hər biri müəyyən rəmzi məna daşıyıcısıdır. Dini rəvayətlərdə bir vahid, tək olana (Alla ha) işarədir. Dilimizin antroponimik vahidlər sistemində bir müstəqil ad kimi deyil, mürəkkəb şəxs adlarının tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Birca adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bircəxan (bax: ad – BİRCƏ; XAN) kişi adı yeganə xan, bircə xan, bircə başçı, tək olan xanlardan (biri), tayıbərabəri olmayan zabitəli (şəxs) anlamına gəlir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən bir və kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Birkişi (bax: ad – BİR; KİŞİ) kişi adı kişilik xüsusiyyətlərinə malik tək olan (şəxs), el arasında əsl kişi kimi tanınan (şəxs), yeganə, vahid kişi (əsl kişi xüsusiyyətlərinə malik) anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti