►Yazılacaq sözlərin, fikirlərin çoxluğuna, tükənməzliyinə işarə edilən ifadə.
İfadә islam dininin müqəddəs kitabı olan «Qurani-Kərim»dən qaynaqlanır.
«Quran»ın Azərbaycan dilinə tәrcümәsindә deyilir: «Ya Mәhәmmәd, dәrhәqiqət әgәr Yer üzündә olan ağaclar hamısı qәlәm, mütlәq dәniz mürәkkәb olub vә ondan başqa onun kimi yeddi dәniz dә mürәkkәb olub ona kömәk olalar, küll mövcudat yazıçı ola, hәr ayinә allah-tәali kәlimatı qurtaran deyildir».
Təkcə Azərbaycan şifahi xalq ədəbiyyatı deyil, klassik ədəbiyyatımız, eləcə də çağdaş poeziyamız bu ifadənin ruhundan irəli gələn fikirlərlə zəngindir.
Məsəllər, deyimlər►Uzun zaman gizli saxlanan, fürsәt düşdükdә isə açıq və qəzəbli şəkildə üzә çıxarılan amansız kin, intiqam hissini bildirən ifadə.
İfadə ta qədimdən dəvənin davranışı ilə bağlı insanlarda formalaşmış qənaətlərdən qaynaqlanır.
Hələ qədimdən xalq arasında belə bir qənaət yaranıb ki, dəvə hər hansı pis davranışı unutmur, pis rәftara qarşı dərhal müqavimәt göstәrmir, lakin hәm dә bu rәftarı heç zaman unutmur. Onunla növbəti dəfə daha pis davrananda yenә kinini gizlәdir vә insan kimi intiqam üçün mәqam gözlәyir. Bu gözlәmә o vaxta qәdәr çәkir ki, intiqam alacağı şəxsin yaxınlığında başqa şәxslәr olmasın, yəni onu incidən adamla tәkbәtәk qalanda dəvə hücum edir. Dişlәyir, götürüb yerә çırpır, ayaqları ilә vurur vә tapdalayır.
Dəvə hücumunun şahidi olmuş insanların dediklərinə görə, öz «düşmәnini» – kin bəslədiyi adamı mәhv etmәk qәrarına gәlmiş kinli dəvə çox vaxt buna nail olur.
Dilimizdə bir şeylə üzləşərkən heyrətlənməyi, tanış olmayan kimə və ya nəyəsə təəccüblə baxmağı bildirən «dəvə nalbəndə baxan kimi» ifadəsi də işlənir. Bu ifadə heç vaxt nallanmayan dəvənin nalbəndin yanına gətirilməsi və dəvənin davranışı ilə bağlı müşahidələrdən yaranmışdır.
Məsəllər, deyimlər►Daxilən ağlı, bacarığı, istedadı olan, amma bunu büruzə verməyən, yalnız özünə lazım olanda hərəkətə gələn adam haqqında kinayə ilə işlədilən ifadə.
Bu ifadә Şərq ölkələrində geniş yayılmış qәdim «Sindbadnamә» nağıllarından biri ilә әlaqәdar yaranmışdır.
Nağılda deyilir ki, uzaq yol gedәn qurd, tülkü və dəvәnin şәrikli bir kökәsi var idi. Qәrara gәlirlər ki, kimin yaşı daha çoxdursa, kökәni o yesin. Qurd deyir: «Mən dünya yaranmamışdan 7 gün әvvәl doğulmuşam». Tülkü tәsdiq edir: «Bәli, bәli, bu mәnim yadımdadır. Hәtta sәnin anana doğmaq üçün kömәk edirdim». Dәvә isә öz uzun boynunu uzadıb kökәni qapır vә gövşәyә-gövşәyә deyir: «Mәni görәn hәr kәs tәsdiq edәr ki, mәn dә uşaq deyilәm, ikinizdәn dә yaşlıyam».
Qasım bəy Zakir hәmin әһvalat әsasında «İlan, dəvə, tısbağa» tәmsilini yazmışdır. Burada bunlar bir çörәk tapırlar. Tısbağa deyir ki, Allaһ Yeri, göyü yaratmaq istәyәndә «on-on beş yaşında cavan idim mən». Bunu tәsdiq edәrәk ilan özünün az qala Allahla həmyaş olduğunu söylәyir. Növbә dәvәyә çatanda «siz mənim yanımda uşaqsınız» deyir və çörəyi götürüb ağzına atır.
Məsəllər, deyimlər►Hamının gördüyü şəkildə gizlənməklə yaxasını guya təhlükədən qurtarmağı mümkün hesab edən səfeh adamların davranışını səciyyələndirən ifadə.
İfadə dəvəquşunun təhlükədən «qorunmaq» tərzi ilə bağlı yaranmışdır.
Cəmiyyət və insan münasibətləri kontekstində işlədilən bu ifadə dəvəquşunun dünyada ən böyük quş olmağı, yaxud onun sürətlə qaçmağı ilə bağlı yaranmamışdır. Hətta bu ifadənin onun gözəl lələklərinə (keçmişdə dəvəquşu lələkləri qadın geyimlərinin ayrılmaz hissəsi idi) də dəxli yoxdur.
Sən demə, dəvəquşu yaxınlaşan təhlükəyə qarşı göstərdiyi reaksiya ilə daha çox məşhurlaşmışdır. O, təhlükədən «sovuşmaq» üçün başını ya yumşaq qumun içində, ya da öz lələklərinin arasında gizlədir. Məhz bu fəndlə guya düşmənlərdən gizlənə biləcəyinə və təhlükənin ondan yan keçəcəyinə ümid edir.
«Dəvəquşu taktikası», «başını dəvəquşu kimi gizlətmək», «dəvəquşu hiyləsi» ilk dəfə alman dilində yaranmış, sonra isə digər Avropa dillərinə yayılmışdır. Bu ifadə insanla əlaqələndiriləndə məcazi səciyyə daşıyır və risk etmək arzusunun olmadığını, təhlükə ilə üzləşməkdən qaçmaq istəyini ifadə edir.
Məsəllər, deyimlər►Ədalətsizlik etmək, yaxşını pisə, alimi nadana, iş bacaranı fərsizə, kamil, ləyaqətli adamı ləyaqətsizə tabe etmək.
Kifayət qədər geniş işlənən bu ifadə Şərq ölkələrində yayılmış məşhur bir əhvalat əsasında meydana çıxmışdır.
Ərəb ağır xəstələnib yorğan-döşəyə düşür, öləcəyini yəqin edir. Qohum-əqrəbasını yanına çağırıb halallaşır, vəsiyyət edir. Nəhayət, dəvəsini də çağırır, ondan halallıq almaq istəyir və deyir: «Mənim zəhmətkeş dəvəm! Ömürboyu mən səni çox incitmişəm, vaxt olub ki, sən günlərlə ac-susuz yük daşımalı, yol getməli olmusan. İstidə, soyuqda zəhmətimi çox çəkmisən. İndi mən haqq dünyasına gedirəm. Zəhmətini mənə halal eylə!»
Bu sözləri dinləyən dəvənin gözlərindən iki damla yaş axır. O, üzünü sahibinə tutur: «Əziz ağam! Biz illər boyu bir-birimizə həmdəm, yol yoldaşı olmuşuq. Həm yaxşı, həm də pis günlərimiz az olmayıb. Mənə verdiyin əziyyətlər çox olub və mən bunların hamısını sənə bağışlayıram. Yalnız bir qəbahəti sənə bağışlaya bilməyəcəyəm. Yadındadırmı, filan vaxt üzüyuxarı dağa qalxarkən sən mənim ovsarımı aparıb eşşəyin quyruğuna bağladın? Bu təhqiri mən unutmamışam və bunu sənə heç vaxt bağışlamaram».
Məsəllər, deyimlər►Mümkün olmayan, icrası yalnız xəyal sayılan bir şey haqqında danışarkən işlədilən ifadə.
İfadə «Qurani-Kərim»in «əl-Əraf» surəsinin 40-cı ayəsindən qaynaqlanır.
Həmin ayədə ifadə belədir: «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər!»
Bənzər ifadəyə «İncil»də də rast gəlirik. Orada qeyd edilir ki, dəvənin iynənin gözündən keçməsi varlının Allahın dərgahına daxil olmasından asandır.
İfadə bəzi müasir tədqiqatçılara yerində görünməyib və ortaya bəzi suallar çıxıb: «Dəvə» əvəzinə «yoğun kəndir» deyilsə, daha məntiqli alınmazmı, bəlkə, orijinalda məhz belə olub?»
Suala cavab axtaran xristian alimləri aşkar ediblər ki, qədim yunan dilində «dəvə» və «yoğun kəndir» sözləri təxminən eyni cür səslənir («kamelos» – «kamilos»), onların yazılışında isə cəmi bir hərf fərqi görünür. Beləliklə, «İncil»in ilk nüsxələrinin üzünü çıxaranlar səhvə yol veriblər» fərziyyəsi yaranıb. Hətta «Quran»da da eyni «yanlışlığın» yer aldığını vurğulamaqla müsəlmanların müqəddəs kitabının xristianlardan köçürüldüyünü sübuta yetirməyə çalışanlar tapılıb. Lakin üçüncü səmavi kitabı araşdıran alimlər bu fərziyyələrin tam əsassız olduğunu sübut ediblər.
Tədqiqatçılar aşkara çıxarıblar ki, «İncil»dən və «Quran»dan qaynaqlanan «Dəvə iynənin gözündən keçəndə» ifadəsinə yaxın fikir «Tövrat»da da vardır. Fərq budur ki, orada dəvədən deyil, fildən danışılır. «Tövrat»ın yazıldığı ibrani dilində isə «fil»lə «kəndir»i heç cür səhv salmaq mümkün deyil.
Deməli, hər üç dinin müqəddəs kitabında, demək olar ki, eyni misalın çəkilməsi xüsusi məna kəsb edir. İynənin gözü Allahın dərgahına, Cənnətə gedən yolun darlığına işarə edir. Dəvə (fil) isə öz nəhəng ölçüləri ilə günahkarların bu dar «qapı»dan heç cür içəri girə bilməyəcəklərini əyani olaraq təsəvvürdə canlandırır.
Məsəllər, deyimlər►Bədbəxtliyə düçar olmuş, var-yoxu əlindən çıxmış, bir növ, taleyin ümidinə buraxılmış adamlar haqqında işlədilən ifadə.
İfadə köçəri ərəblər üçün dəvənin nə demək olması ilə bağlı yaranmışdır.
Ərəbistan səhralarında dəvə yeganə nəqliyyat vasitəsidir. Onun əti, südü, dərisi insanlar üçün əvəzsizdir. Dәvәnin qığı yanacaq kimi işlәnir, sidiyindәn kosmetik vasitә vә ya dәrman hazırlanır. Su tapmadıqda bәdәvi әrәblərin qadınları uşaqları dəvә sidiyi ilә çimizdirirlər. Әrәb xalq tәbabәtinә görə, dәvә sidiyi qızdırmanın qarşısını alan әn yaxşı dәrmandır. Dәvәnin qarın şirәsindən, ümumiyyәtlә, qarınağrısı dәrmanı kimi istifadә olunur. Bəzən su tapmayanda әrәb atlarına dәvә südü içirirlər.
Az-çox mәşhur olan elә bir ərəb şairi yoxdur ki, dәvәnin gözәlliklәrini vәsf etməsin. Ən qәdim (islamaqәdәrki) әrәb poeziyası öz mәnşəyini dәvәnin ritmik yerişindәn götürmüşdür.
Beləliklə, hər cəhətdən həyat və məişətin bir parçası olan dəvənin ölməsi ərəblər üçün ən böyük faciədir, fəlakətdir. Buna görə bizdə də çox şeydən məhrum olmuş adama «dəvəsi ölmüş ərəb» deyirlər.
Məsəllər, deyimlər►Diribaş, qoçaq, bacarıqlı və hiyləgər adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında mәşһur olan «Yetim qızın nağılı»ndan yayılmışdır.
Çox ağıllı və gözәl olan yetim bir qıza darğanın, qazının vә padşaһın gözü düşür. Onlar qızdan әl çәkmirlәr. Qız da onların hәr üçünü eyni gündә öz evinә dәvәt edir. Darğa gәlir. Az sonra qapı döyülür. Qız darğanı evindәki quyuda gizlәdir. Qazı gәlir. Az sonra padşah gəlir... Qız qazını quyuya salır. Az sonra qonşu qarı gəlir. Qız şahı da quyuya salır. Belәliklә, onların üçünü dә öldürür.
Ağıllı qız ölüləri basdırmağın yolunu da tapır. Küçәdәn keçәn çobandan xahiş edir ki, ölünün birini aparıb basdırsın. Çoban aparıb basdırır. Qayıdanda ikinci ölünü görüb tәәccüblәnir. Qız deyir ki, ölü səndən qabaq qaçıb gәlib. Çoban bunu aparıb bir qayadan atır. Qayıdanda üçüncü ölünü görür. Çoban bunu da aparıb dәyirmanın novdanından tәpәsi aşağı salır ki, tikә-tikә olsun. Sonra dәyirmandan su axan yerə baxanda görür ki, dәyirmançı orada çimir. Çoban elə bilir ki, yenә hәmin ölüdür, dirilib. Onda çoban deyir: «Paһ atonnan, әdә, bu nә һәyasız ölüymüş: dəyirmanın gözündәn ölü saldım, diri çıxdı».
Məsəllər, deyimlər►Hər hansı məsələni danışıqla həll etməyin, müzakirə yolu ilə razılığa gəlməyin, qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmağın üsulunu bildirən ifadə.
İfadənin tarixçəsi V–VI əsrlərdə yaşamış ingilis kralı Arturla bağlıdır.
Kral Artur tez-tez sarayında cəngavərlərlə görüşər, məsləhətləşər və sonda da ziyafət verərmiş. Müdrik kral cәngavәrlәr arasında «kim krala yaxın oturur» söhbətlərinin yaranmaması və bu zəmində qısqanclığın olmaması üçün toplantıları, adәtәn, böyük vә dairәvi bir stol arxasında keçirərmiş. Qonaqlar hәr dәfә saat әqrəbi istiqamәtindә һәrәkәt edәrәk dəyirmi stol arxasında yerlәrini dәyişәrmişlər. Mәqsәd bu imiş ki, kimin daha hörmәtli yerdə oturması barәdә qonaqlar arasında mübahisә düşməsin. Odur ki qonaqların hamısı özlәrini bәrabәr vəziyyәtdә һesab edirmiş.
Getdikcə «dəyirmi masa» ifadəsi birlik və bərabərliklə yanaşı, həm də hər hansı məsələdə razılığa gəlmək, anlaşmaq və qərar qəbul etmək üçün stol arxasında oturub bərabər səviyyədə onu müzakirə etməyi bildirməyə başlamışdır. Adətən, televiziya və radio verilişlərində aparılan müzakirələrdə, siyasi xadimlərin, o cümlədən dövlәt başçılarının beynәlxalq görüşlərindәn danışarkәn bu ifadәdәn istifadә olunur. Bəzən «masa» əvəzinə «stol» da işlədilir.
Bizim günlərdə də bu ifadə müzakirə etmək, danışmaq, hər hansı məsələni qarşılıqlı anlaşma yolu ilə həll etmək niyyətini bildirir.
Məsəllər, deyimlər►Mәdh etmәk, kiminsə şəninə ölçüsüz təriflər yağdırmaq, kimisə həddən artıq heyranlıqla tərifləmək.
İfadə qədim yunan mifologiyasından qaynaqlanır.
Buradakı «difiramb» sözü Qədim Yunanıstanda şərab və şənlik ilahı Dionis Vakxın şərəfinə oxunan təntənəli xor mahnısının adıdır. Bu mahnılar vakxanaliyalarda – çox şәn vә gurultulu keçirilәn bayramlarda oxunardı. Beləliklə, «vəsf etmək» mənasında işlənən «difiramb oxumaq» ifadəsi yaranmış, Qәdim Yunanıstanda vә Romada formalaşaraq dünya dillәrinə yayılmışdır.
Əlbəttə, tanrı hesab olunanı adi insanlarla bir tutmaq olmaz, yəni insana difiramb oxumaq yolverilməzdir. Buna görə də müasir dövrdə «difiramb oxumaq» ifadəsini kinayə və narazılıqla işlədirlər. Bu səbəbdən də ifadə daha çox xüsusi məqsədlə kimisə tərifləməyi, ona yaltaqlıq etməyi, yarınmağı vurğulayır.
Məsəllər, deyimlər►Düşünmədən danışıb özünü çıxılmaz vəziyyətə salan, imkanına uyğun olmayan vədlər verib sonra yerinə yetirə bilməyən adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətdə deyilir ki, evində yeməyə yavan çörəyi belə olmayan bir nəfər həyətinin yanından ötən yolçuya qonaqpərvərlik göstərir, atdan enib dincəlməyi və çörək yeməyi təklif edir. Düşünür ki, atlı bu alicənab təklif üçün öz minnətdarlığını bildirib yoluna davam edəcək. Lakin müsafir çox ac və yorğun olduğundan və ev yiyəsinin sözünü əsaslı saydığından böyük məmnuniyyətlə atdan düşüb qapıya gəlir və ev sahibindən soruşur:
– Ay qardaş, atı haraya bağlayım?
Çətin vəziyyətə düşmüş ev yiyəsi dilinin bəlasını çəkdiyini görüb peşmanlıqla qonağa belə cavab verir:
– Dilimə bağla.
Belə bir rəvayət Molla Nəsrəddinlə bağlı lətifələrdə də yer almışdır.
Məsəllər, deyimlər►Susmaq, danışmamaq, ağzı möhkəm olmaq, ağzından söz çıxmamaq.
İfadə kəşfiyyatçıların qeyri-adi davranışı ilə bağlı meydana çıxmışdır.
Hərb tarixi ilə bağlı mötəbər mənbələrə görə, xüsusən Çin və Yaponiyada casusu, yaxud hərbi kəşfiyyatçını əsir tutanda, həmin adamlar üçün çıxılmaz vəziyyət yarananda onlar əsgəri qaydaya görə dillərini dişləyib sıradan çıxarırdılar ki, düşmən onları sirri açmağa məcbur edə bilməsin. Bu, düşmən əlinə keçmiş kəşfiyyatçı üçün qəbul edilmiş davranış tərzi sayılırdı.
Adətən, bu frazeoloji ifadə qəflətən susan, uzun müddət danışığına ara verən adam haqqında işlədilir. Belə deyirlər ki, o özünü itirib və nə danışacağını bilmir, yaxud elə dərəcədə təəccüblənib ki, hətta nitqi quruyub.
Məsəllər, deyimlər►Tez-tez, yerli-yersiz, ara vermәdәn vә çox zaman da mәntiqsiz danışmaq, dil boğaza qoymamaq.
İfadə gicitkən yeyərkən insanın halının dəyişməsi ilə bağlı yaranmışdır.
Mәlumdur ki, gicitkәn bitkisinә danışıq dilindә obrazlı şәkildә «dilotu» deyilir. Yarpaqlarının vә gövdәsinin üzәrindә dalayıcı, yandırıcı tükcüklәr olan gicitkәn kolu kimә toxunsa, ufuldayır. Gicitkən dalayan adamın dərisində xüsusi səpgilər yaranır, insan hər şeydən qıcıqlanır, tez-tez danışır, әsәbilәşir, ağzına gәlәni deyir, bir müddət rahatlıq tapmır, halından şikayətçi və deyingən olur.
Xüsusi şәkildə ovuşdurub, әzib yandırıcı tükcüklәrin tәsirini zərərsizləşdirmәdәn onu yemәk mümkün deyildir. Çünki gicitkәn təbii halda yeyilsә, insan dilini ağzında saxlaya bilməz. Elә bu xüsusiyyәtinә görә dә hәmin bitki dilotu adı almış vә mәcazi mәnalı tәrkibin yaranmasına sәbәb olmuşdur.
Məsəllər, deyimlər►Həyat mənbəyi, insana enerji, gümrahlıq və güc verən faydalı şeylər haqqında işlədilən ifadə.
İfadə dini təsəvvürlərdən və daha çox Xızır peyğəmbərlə bağlı rəvayətlərdən yaranıb yayılmışdır.
Qədim zamanlarda bulaq suyunu və digər axar suları dirilik çeşməsi adlandırırdılar. Bu sular həmişə təmiz və təravətli olurdu. Dini rəvayətlərə görә, zülmәtdә də bir dirilik bulağı (çeşmәsi) vardır ki, onun suyundan içənlәr әbәdi hәyat qazanırlar. Guya Xızır peyğəmbər bu çeşmәni tapmış, özü vә atı onun suyundan içmiş, bu suda yuyunmuşlar. Ona görә dә hәmişә sağdır, diridir. Rəvayət olunur ki, İsgәndәr Zülqәrneyn dә bu dirilik suyunu çox axtarmış, lakin tapa bilməyib geri dönmüşdü.
«Dirilik suyu» anlayışının yaranması vә bütün Şәrqdә yayılması ehtimalını irəli sürən tədqiqatçılar şumerlərin әsatirlәrinə, xüsusən «İnannanın yeraltı dünyaya getmәsi» әfsanәsinә istinad edirlər. Həmin əfsanəyə görə, göylәr hökmdarı İnanna yeraltı dünyaya da hakim olub ölülәri diriltmәk üçün o dünyaya getmәyi qərara alır. Lakin o, yeraltı dünyada öldürülüb divardakı mıxdan asılır. Üç gün gözlәdikdәn sonra İnannanın vәziri kömәk üçün müdriklik ilahı Enkiyə müraciət edir. Enki iki cansız varlıq yaradır, onlara «hәyat yemәyi» vә «dirilik suyu» verәrәk canlandırır. Sonra onları yeraltı dünyaya göndәrir. Onlar İnannanın mıxdan asılmış cәsәdini tapır, dirilik suyu çilәyib onu dirildirlәr.
Məsəllər, deyimlər►Bir şeyin xüsusi zəhmət haqqı, hansısa işin müqabilində haqq, əlavə pay.
İfadә orta әsrlәrdə Azәrbaycanda mövcud olmuş bir adətdən qaynaqlanır.
Həmin dövrlərdə qəbul edilmiş qaydalara görə, xanın adamları kәndә gәlәndә әn hörmәtli qonaq kimi qarşılanar, onların şәrәfinә böyük ziyafət tәşkil edilərdi. Lakin qonaq süfrәdәki nemәtdәn, yemәk-içmәkdən imtina edәrdi ki, bu zaman da onun mәqsәdi «diş kirәsi» (pulu) almaq olardı. Axı ev yiyəsinin hazırladığı lәziz təamları yemәk üçün qonağın dişlәri zәhmәtə qatlaşıb işlәmәli idi. Bax dişlәrin bu zәhmәti müqabilindә qonağa xüsusi pay da verilirdi. Bu «diş kirәsi» vermәk (vә ya almaq) adәti XVIII–XIX әsrlәrdә xüsusilә geniş yayılmışdı. Tәdricәn bu adәt başqa qonaqlar ilә dә әlaqәlәnmәyә başladı; məsələn, oğlan ilk dәfә qız evindә çörәk yeyәndә ona diş kirәsi olaraq pul vә ya mal hәdiyyә edәrdilәr.
Bu ifadәyә oxşar olaraq «göz kirәsi», «qulaq kirәsi» ifadәlәri düzәlmişdir.
Məsəllər, deyimlər