►Daxilən ağlı, bacarığı, istedadı olan, amma bunu büruzə verməyən, yalnız özünə lazım olanda hərəkətə gələn adam haqqında kinayə ilə işlədilən ifadə.
Bu ifadә Şərq ölkələrində geniş yayılmış qәdim «Sindbadnamә» nağıllarından biri ilә әlaqәdar yaranmışdır.
Nağılda deyilir ki, uzaq yol gedәn qurd, tülkü və dəvәnin şәrikli bir kökәsi var idi. Qәrara gәlirlər ki, kimin yaşı daha çoxdursa, kökәni o yesin. Qurd deyir: «Mən dünya yaranmamışdan 7 gün әvvәl doğulmuşam». Tülkü tәsdiq edir: «Bәli, bәli, bu mәnim yadımdadır. Hәtta sәnin anana doğmaq üçün kömәk edirdim». Dәvә isә öz uzun boynunu uzadıb kökәni qapır vә gövşәyә-gövşәyә deyir: «Mәni görәn hәr kәs tәsdiq edәr ki, mәn dә uşaq deyilәm, ikinizdәn dә yaşlıyam».
Qasım bəy Zakir hәmin әһvalat әsasında «İlan, dəvə, tısbağa» tәmsilini yazmışdır. Burada bunlar bir çörәk tapırlar. Tısbağa deyir ki, Allaһ Yeri, göyü yaratmaq istәyәndә «on-on beş yaşında cavan idim mən». Bunu tәsdiq edәrәk ilan özünün az qala Allahla həmyaş olduğunu söylәyir. Növbә dәvәyә çatanda «siz mənim yanımda uşaqsınız» deyir və çörəyi götürüb ağzına atır.
Məsəllər, deyimlər