►Bir şeyin xüsusi zəhmət haqqı, hansısa işin müqabilində haqq, əlavə pay.
İfadә orta әsrlәrdə Azәrbaycanda mövcud olmuş bir adətdən qaynaqlanır.
Həmin dövrlərdə qəbul edilmiş qaydalara görə, xanın adamları kәndә gәlәndә әn hörmәtli qonaq kimi qarşılanar, onların şәrәfinә böyük ziyafət tәşkil edilərdi. Lakin qonaq süfrәdәki nemәtdәn, yemәk-içmәkdən imtina edәrdi ki, bu zaman da onun mәqsәdi «diş kirәsi» (pulu) almaq olardı. Axı ev yiyəsinin hazırladığı lәziz təamları yemәk üçün qonağın dişlәri zәhmәtə qatlaşıb işlәmәli idi. Bax dişlәrin bu zәhmәti müqabilindә qonağa xüsusi pay da verilirdi. Bu «diş kirәsi» vermәk (vә ya almaq) adәti XVIII–XIX әsrlәrdә xüsusilә geniş yayılmışdı. Tәdricәn bu adәt başqa qonaqlar ilә dә әlaqәlәnmәyә başladı; məsələn, oğlan ilk dәfә qız evindә çörәk yeyәndә ona diş kirәsi olaraq pul vә ya mal hәdiyyә edәrdilәr.
Bu ifadәyә oxşar olaraq «göz kirәsi», «qulaq kirәsi» ifadәlәri düzәlmişdir.
Məsəllər, deyimlər