►Gözəl danışıq nə qədər xoş görünsə də, dinləməyin, susmağı bacarmağın daha məqbul olduğunu bildirən ifadə.
İfadə birbaşa Molla Nəsrəddinlə bağlı lətifədən qaynaqlanmışdır.
Bir gün Molla bazarda tutuquşu satana rast gəlir. Ondan tutuquşunun əlli manata olduğunu öyrənir. Evə qayıdıb hindtoyuğunu tutur və bazara satmağa aparır. Soruşurlar:
– Molla, hindtoyuğunu neçəyə deyirsən?
Deyir:
– Beş yüz manata.
Deyirlər:
– Ay Molla, hindtoyuğu da beş yüz manata olar?
Molla tutuquşunu göstərib deyir:
– O boyda quşu əlli manata satır, heç bir söz demirsiniz. Mən qoyun boyda hindtoyuğunu beş yüz manata deyirəm, hələ bir məni danlayırsınız da… Mənim hindtoyuğum ondan azı bir otuz dəfə böyük olar, ya yox?
Deyirlər ki, o, tutuquşudur, adam kimi danışa bilir. Molla səhv etdiyini anlasa da, özünü o yerə qoymayıb deyir:
– Nə olsun? O danışır, bu da susur. Danışmaq gümüşdürsə, susmaq qızıldır.
Məsəllər, deyimlər►Eyham vurmaq, xəbər yollamaq, nəyəsə işarə etmək, bəzən də sataşmaq.
İfadə qədimdə xalq arasında şevgiliyә daş (sonralar alma) atma adәti ilə bağlı yaranaraq yayılmışdır.
Qədim insanlar daşdan çox müxtәlif mәqsәdlәrlә istifadә etdiklәri kimi, hәm dә bir siqnal, xatırlatma, işarә vasitəsi olaraq faydalanırdılar. Xüsusilә bir-birinə daha mәhrәm olanlar atılan daşın mәnasını daha aydın başa düşürdülәr. «Pәncәrәdәn daş gәlir» adlı mәşhur xalq mahnısında da bu adətin izlәri vardır.
Sevgiliyә daş atma adәti geniş yayılmışdı vә aşağıdakı xalq ifadәsi də bu adәtlә әlaqәdardır.
Ay daş atan bəxtəvər,
Daşın da bir vaxtı var.
Azərbaycanda oğlanın qıza daş atması ilә yanaşı, alma atması adəti dә geniş yayılmışdı. Nağıllarımızda padşahın qızının seçdiyi oğlana alma atması ilə bağlı maraqlı epizodlar vardır.
Məsəllər, deyimlər►«Etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq» mənasında işlədilən ifadə.
İfadə düşməndən qorunmaq üçün hasarların tikilməsi ilə bağlı yaranmışdır.
Keçmişdə düşmənlərdən qorunmaq üçün şəhərlərin ətrafında qalın hasarlar inşa edirdilər. Daş və kərpicdən tikilən hasarlar xüsusən möhkəm olur, düşmən hücumlarından etibarlı müdafiə olunmağa və uzunmüddətli mühasirəyə tab gətirməyə kömək edirdi.
Zaman keçdikcə ifadə daha geniş məna qazanmağa başladı: dayaq, insanı əlavə çətinliklərdən qoruyan yüksək təbəqə, yaxud hüquqi sənədin himayəsi altında rahat yaşamaq və s.
«Daş hasar arxasında» ifadəsinin sinonimi kimi bu günümüzdə daha çox «himayə altında» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Aldatmaq, kәlәk gәlmәk, fırıldaq yolu ilә qazanc әldә etmәk.
İfadә keçmişdә Azәrbaycanda baqqalların ticarət üsulu ilә әlaqәdar yaranıb, sonralar ümumiləşərək mәcazi mәna kәsb edib.
Baqqalların tәrәzilәri müasir tәrәzilәrdәn çox fәrqli idi. Bu tәrәzilәrin üst hissәsi «baş» adlanırdı (bununla әlaqәdar «tәrәzinin başın(ı) düzәlt» tipli ifadәlәr işlәnir). Yuxarıdakı tәrkibin birinci hissәsi (daş) isә çәki daşını bildirir. Özü dә bu çәki daşı indiki şәkildә metaldan yox, çaylaq daşından olurdu. Avam camaatla alver edәrkәn hiylәgәr baqqallar, adәtәn, tәrәziyә daş qoyur, bu zaman tәrәzinin başını әyir vә bu yolla müştərini çəkidə aldadıb oğurluq edirdilәr.
İfadәnin mәşhurlaşıb yayılmasında sözlәrin daxilәn ahәngdar (hәmqafiyә) olması da mühüm rol oynamışdır.
Məsəllər, deyimlər►İstəməmək, әl çәkmәk, tərgitmәk, boşlamaq, yaxa qurtarmaq.
İfadә qәdim adәt vә tәsәvvürlәrlә әlaqәdardır.
Vaxtilə arvad boşayan kişilәr bir neçә daş (adәtәn, üç) götürәr, «nikaһım boş olsun» deyib istәnilәn istiqamətə atardılar. Bununla da nikah pozulmuş hesab olunardı.
Çox qәdim ibtidai tәsәvvürә görә, insanların ruhu daşlara keçir vә daşlar insanın özünü tamamilә әvәz edə bilirdi. Hәr kәsin bir daşı var imiş («Daşım başına düşsün» qarğış ifadәsi, «Daşı ağır olmaq» da bununla әlaqәdardır). Bu daşlar da bütün canlılar kimi hәyat sürür, yaşayır, hərәkәt edir, hәm dә müәyyәn vaxtda insana çevrilә bilir. Daşını atmaqla sanki bu daşın sahibi olan adamı da atır, özlәrindәn uzaqlaşdırırdılar.
Məsəllər, deyimlər►Mәhv etmәk, viran qoymaq, әsasından dağıtmaq, altını üstünә çevirmәk, xarabazara çevirmək, rəqibinə heç bir şans verməmək.
İfadә «İncil»dәn qaynaqlanaraq dünyanın bir sıra dillərində yayılmışdır.
Dini rәvayәtlərә görә, İsa peyğәmbәr Yerusәlimin mәһv olacağını әvvәlcәdәn xәbәr vermiş, onun dәbdәbәli tikililәrinə әli ilә işarә edәrәk demişdi: «O nәhәng binaları görürsәnmi? Bunlar hamısı elә dağılacaq ki, daşı daş üstә qalmayacaq».
Müasir dövrdә bu ifadә dini mәnadan uzaqlaşıb real, dünyәvi mәna kәsb etmişdir. Hərbi yürüşlər zamanı şəhərlərin dağıdılıb viran qoyulması daha çox bu ifadə ilə bildirilib.
Dilimizdə bu frazeoloji birləşməyə uyğun gələn «altını üstünә çevirmәk», «xarabazara çevirmək», «kor qoymaq» və s. ifadələr də işlənir.
Məsəllər, deyimlər►Öldürmәk, daşa basmaq, gözdən salmaq, ciddi cəzalandırmaq, qovub uzaqlaşdırmaq.
İfadə qədim insanların daşa, onun sehrli və təmizləyici qüvvəsinə olan etiqadı ilə bağlı yaranaraq yayılmışdır.
Qәdim insanlar daşa etiqad edir, onun sehrli qüvvәsinə inanırdılar. Tәsadüfi deyil ki, bir sıra dinlәrdə günaһkarın daşqalaq edilmәsi tәlәb olunur. Bu adət qәdim Şәrqdә geniş yayılmışdı vә bəzi islam ölkələrində son dövrlərədək yaşamaqda idi. «Quran»da şeytan (qәdim yәһudilәr buna «Şatana» deyirdilәr), adәtәn, «Rәcim» adlanır ki, bu, daşqalaq edilmәk, daşa basılmaq mәnasındadır.
Eһtimal ki, qәdimdә daşın tәmizlәyici, saflaşdırıcı qüvvәsinә olan etiqad һәmin daşqalaq etmәk adәtini doğurmuşdur.
Qədimdә bəzi xalqlarda müəyyәn cinayәt işlәmiş bir şәxsi daşa basıb öldürərdilәr. Cәza yerinә yığılmış adamlar caniyә daş atardılar. Birinci daşı isə, adәtәn, şahidlәr atmalı idilər.
Məsəllər, deyimlər►Əsl məqsəd və niyyətini gizlədərək haray-həşir salmağı, istəyinə çatdıqdan sonra isə sakitləşməyi bildirən ifadə.
Bu məsəl Molla Nəsrəddinin bir lətifəsi ilə bağlıdır.
Gecələrin birində Mollanın evinin qabağında hay-küy düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb küçəyə çıxır ki, görsün nə olub. Qarışıqlıqda kimsə yorğanı onun çiynindən çəkib götürür. Qaranlıq olduğu üçün Molla yorğanın hara aparıldığını görmür. Ora yorğan, bura yorğan, «gördüm» deyən olmur. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
– A kişi, nə hay-küy idi, nə dava idi bayırda?
Molla soyuqqanlıqla deyir:
– Başa düşmədim, deyəsən, dava bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.
Məsəllər, deyimlər►Söz-söhbət, qeybət və əsassız giley-güzar etmək.
İfadə «qodu» leksik vahidinin yanlış qavranılmasından qaynaqlanır.
Bəziləri bu sözün «qovdu» feilindən, başqaları isə «qoydu» feilindən törədiyini iddia edirlər. Prof. M.Adilova görə, «dedi-qodu»nun ikinci komponentini «qovdu» və ya «qoydu» hesab etmək ona görə mümkün deyildir ki, bu feillərin «dedi» sözü ilə göstərilən semantik münasibəti yoxdur.
Bәs buradakı «qodu» nәdir? Alim qeyd edir ki, bu sözün kökü «qo-» olub, şәkilçisi «-du» isə, әslindә, «dedi» sözündәki eyni şәkilçiyә qafiyә mәqsәdilә işlәdilmişdir. Buradakı «qo» müxtәlif variantlarda (qu//qud//qıd) vaxtilә elә «de» (danış, söylә) mәnasına gәlәn söz olmuşdur; mәsәlәn, «Kitabi-Dәdә Qorqud» dastanının sonunda verilmiş lüğәtdә «qu qılmaq» ifadәsi «söz gəzdirmәk» kimi izaһ edilmişdir. Yəni bu yazılı abidəmizdə tam eynitipli cümlәlәrdə işlәnәn «qu» vә «xәbәr» sözlәrinin sinonimliyi heç bir şübһә doğurmur: «Әvvәl yigirmisi vardı Dirsə xana bu xәbәri gәtirdi». «Ol namәrdlәrin yigirmisi dəxi çıxa gәldi vә bir qu onlar dәxi gәtirdilәr».
«Qu deyәndә qulaq tutulur» ifadәsindәki «qu» leksik vahidi də «söz» mәnasına gәlir. Deməli, «dedi-qodu» ifadəsini sadəcə «demək, söz söyləmək» kimi qəbul edə bilərik.
Məsəllər, deyimlər►Bir şeyin üzərində təkid edən, sözlə kifayətlənməyib bunu əməldə də reallaşdırmağa çalışan adam haqqında kinayə ilə işlədilən ifadə.
İfadə Molla Nəsrəddinlə bağlı lətifələrdən qaynaqlanır.
Bir gün başqa bir kəndə yolu düşən Mollanı kənd adamlarından biri evinə dəvət edib deyir:
– Molla, gedək bizə, duz-çörək kəsək!
Molla razılaşıb gedir. Uzun-uzadı söhbətlərdən sonra süfrə açılır. Molla baxır ki, süfrədə, doğrudan da, duzdan və çörəkdən başqa heç nə yoxdur. Ac olduğundan çarəsiz qalıb başlayır çörəyi duza batırıb yeməyə. Elə bu vaxt qapıya bir dilənçi gəlib pay istəyir. Ev yiyəsi pəncərədən başını uzadıb deyir:
– Rədd ol, yoxsa gəlib qol-qabırğanı qıraram!
Dilənçi əl çəkmir. Bu dəfə Molla başını çölə çıxarıb deyir:
– Get, qardaş, bu adam başqalarına bənzəməz. Yaman dediyinin üstündə durandı.
Əsasən, Türkiyə türkcəsində işlədilən «Nuh deyir, peyğəmbər demir», «Dediyim dedik, çaldığım düdük» deyimləri də bu ifadəyə misal ola bilər.
Məsəllər, deyimlər►Fasiləsiz olaraq işlə məşğul olmaq, daim hərəkətdə olmaq.
İfadə, həqiqətən, dələnin daim hərəkətdə olması qənaətindən qaynaqlanır.
Keçmiş zamanlarda kənd uşaqları, yaxud ovçular meşədən tez-tez dələ tutub gətirərdilər. Sonra həmin dələləri qutuya yerləşdirər, ora pillələri olan təkər qoyardılar. Dələ təkərin üstünə çıxanda o fırlanmağa başlayar və dələ sürətlə bir pillədən digərinə tullanırdı. Beləliklə, dələ kiçik canı ilə daim hərəkətdə olardı. Zaman keçdikcə «dələ kimi təkərdə fırlanmaq» ifadəsi daim iş-güclə məşğul olan, gecə-gündüz çalışan, oturmaq və dinclik nə olduğunu bilməyən insanlara da şamil edilməyə başladı.
Bu gün də işgüzar və çevik adamları səciyyələndirəndə «dələ kimi təkərdə fırlanandır» ifadəsindən istifadə olunur.
Məsəllər, deyimlər►Gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində söylənmiş fikir eşidərkən işlədilən ifadə.
İfadə Şərqdə geniş yayılmış bir əhvalatla bağlıdır.
Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən ona bir dəli yaxınlaşır. Əylənmək məqsədilə dəlini içirdib kefləndirmək fikrinə düşən şair ona şərab təklif edir. Dəli şairə diqqət və təəccüblə baxıb ciddi tərzdə deyir:
− Şair, sən bu şərabı mənə oxşamaqdan ötrü içirsən, bəs mən kimə oxşamaq üçün içməliyəm?
Bu sözlərdən sonra dərin fikrə gedən şair öz niyyətindən utanır və qarşısındakı dəlinin doğru və ağıllı danışığına olan heyranlığını gizlətmir.
Şair və dəli ilə bağlı bu əhvalatın yayıldığı Şərq ölkələrində, adətən, gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində deyilmiş fikir eşidərkən ifadəni işlədirlər.
Məsəllər, deyimlər►Birinin özünü etinasız, əhli-kef göstərsə də, əslində, əməllərinə cavabdeh olduğunu, nə etdiyinin fərqinə vardığını bildirən ifadə.
İfadə Molla Nəsrəddinin geniş yayılmış bir lətifəsindən götürülüb.
Bir gün Molla dəyirmana dən aparır. Dəyirmanda dən üyütməyə gələnlər çox olduğundan o da növbəyə dayanıb gözləməli olur. Bu zaman Molla boş durmayıb yan-yörəsində olan çuvalların hərəsindən bir az taxıl götürüb öz kisəsinə tökür. Bunu görən dəyirmançı ondan nə etdiyini soruşur. Molla deyir:
− Sən mənə çox da fikir vermə. Hərdən ağlım azır, bir az dəlitəhərəm.
Dəyirmançı deyir:
− Dəlisənsə, onda öz taxılından özgənin çuvalına niyə tökmürsən?
Molla deyir:
− Mən dedim dəliyəm, demədim ki sarsağam.
Məsəllər, deyimlər►Xeyli zəhmət və çox zaman sərf edilən çətin bir işi təcili olaraq görməyi tələb etdikdə işlədilən ifadə.
Halvalar arasında ən tez və asan bişəni dəmdəm halvası hesab olunur. Onu hazırlamaqdan ötrü dağ edilmiş yağda unu qovurur, sonra içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün bu işi görmək isə olduqca az vaxt və əmək tələb edir. Buna görə də dəmdəm halvası ən tez bişən halva sayılır.
Bəzən mürəkkəb, çox zəhmət tələb edən bir işi də lap tez və asan başa gətirmək istəyənlər olur. Məhz həmin məqamda vəziyyəti «axı bu, dəmdəm halvası deyil ki, belə tez başa gəlsin» ifadəsi ilə izah edirlər.
Məsəllər, deyimlər►Özünə qapanmağı, qınına çəkilməyi, ünsiyyәtdәn qaçmağı vurğulamaq üçün işlədilən ifadə.
İfadә orta əsrlərdə teatr sənətinin inkişafı ilə bağlı yaranıb yayılmışdır.
Vaxtilə tamaşalar oynanılan binalarda yanğının qarşısını almaq üçün sәhnә ilə tamaşa salonunun arasında yanmayan materialdan pərdələr çəkilirdi. Dәmir pәrdә isə ilk dəfə XVIII әsrin sonlarında Fransanın Lion şәhәrindә bir ehtiyat tәdbiri kimi quraşdırılmış, sonralar çox sürәtlә başqa şәhәrlәrdәki teatrlarda da tәtbiq edilmişdi.
Tәdricәn sırf siyasi mәna alan bu ifadә xalqlar arasında siyasi və ideoloji maneәni bildirmәk üçün işlәdilir. 1945-ci ildə nasist Almaniyası son günlərini yaşayanda ölkənin təbliğat naziri Yozef Göbbels də bu ifadədən istifadə etmişdi. O, Yalta konfransından dərhal sonra ABŞ və Böyük Britaniyanı narahat etmək ümidi ilə çap elətdirdiyi «2000-ci il» mәqalәsindә (23 fevral 1945-ci il) yazırdı: «Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq».
Almaniya darmadağın edildi və SSRİ, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Müharibə illərində Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçill indi SSRİ-yə qarşı kəskin mövqe tutmağa başladı. Rusların Qərbə doğru genişlənməsindən ehtiyatlanan Çörçill gözlənilən təhlükələr barədə 1946-cı il martın 5-də Fultondakı (ABŞ) çıxışında danışarkən «dəmir pərdə» ifadəsini işlətdi.
Bu ifadə tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri «dəmir pərdə» adlandırılmağa başlandı. İfadə bəzi başqa ölkələrə də şamil edildi; məsələn, deyirdilər ki, Çin Xalq Respublikası «bambuk pərdəsi»nin arxasında yerləşir. Siyasi proseslər inzibati maneələr və süründürməçilik bataqlığına düşəndə isə bunu «kağız pərdə» və s. adlandırırdılar.
Məsəllər, deyimlər