►Abırdan, həyadan uzaqlaşıb dünyada heç nəyi vecinə almayan adam haqqında deyilən ifadə.
İfadə qədimdə mövcud olmuş bir cəza üsulu ilə bağlı yaranmışdır.
Şərqdə çox qədim və çox geniş yayılmış bir adətə görə, cinayət törətmiş şəxsi beş gün yedirib bəsləyər, bu beşgünlük müddət keçəndən sonra onu eşşəyə (özü də tərsinə) mindirib küçələri gəzdirərdilər ki, hamı onu lağa qoysun, təhqir etsin, üzünə tüpürsün. Yalnız kifayət qədər gülüş və təhqir hədəfi olandan sonra canini edam edərdilər.
Bu əziyyətləri verməzdən qabaq isə caniyə tam sərbəstlik verilir, istədiyi yeməyi və istədiyi qədər yeməyə imkan yaradılırdı. Ən çox halva yeyən (bu da Şərq üçün səciyyəvidir) cani eşşəyə mindiriləndən sonra artıq dünyanı vecinə almır, ən ağır təhqirlərə belə əhəmiyyət vermirdi ki, ifadə bununla əlaqədar formalaşmışdır.
Məsəllər, deyimlər►Heyvanlara acıqlanarkən sahibinin ünvanına (daha çox dialektlәrdә) qınaq kimi işlədilən ifadə.
İfadə qədim xalqlarda «hər yerin və hər şeyin ruh şəklində olan bir yiyəsi vardır» təsəvvüründən qaynaqlanır.
Bir sıra qədim xalqların tәsәvvürünə görə, dünyada müxtəlif ruhlar – «yiyәlәr» vardır. Meşәnin öz yiyəsi, gölün öz yiyəsi, dağın başqa bir yiyәsi vә s. vardır. Dәnizin də yiyәsi var, çayın da, sәhranın da. Bu «yiyә»lәrә inam slavyan, türk və d. xalqların ən qədim epos və rәvayәtlәrindә öz әksini tapmışdır. Nağıl vә rәvayәtlәrdә qəhrәmanlar sәhranın, meşənin, dənizin vә s.-nin yiyəlәri ilә qarşılaşır, onlar isə qəhrəmanlara ya yaxşılıq edir, ya da pislik. Adәtәn, dağın yiyəsi qoca kişi, meşәnin yiyәsi yaşlı qadın, çayın yiyәsi gәnc qız (su pәrisi) vә s. şәklindә təsәvvür olunur. Dəyirmanların, hamamların yiyəsi cinlər, pәrilәrdir. Evlərin yiyəsi, adətən, ilan qılığında özünü göstәrdiyi üçün evdәn çıxan ilanı öldürmәzlәr.
Qədim təsәvvürlәrә görə, bu yiyəlәri acıqlandırmaq, saymamaq olmaz, әksinə, çalışıb onları şirin dillə rәhmə gətirmәk, әlә almaq lazımdır. Qoca kişi və ya qadın (bәzәn dә cavan qız) şәklindә olan yiyəlәr haqqında nağıllarımızda çoxlu məlumatlar vardır (məsələn: «Göyçək Fatma»). Yolların yiyəsi hesab edilən Xızır obrazı bir çox Şərq ölkələrindә də mәşhurdur.
Qәdim şumerlәr inanırdılar ki, һәr bir ağacın (ümumiyyətlə, meşənin) yiyəsi var və o, ağacı kəsən adamı öldürməmiş ondan əl çəkmәz. Bir sıra Sibir xalqlarında (yukagirlәr, tuvinlәr vә b.) belә bir adәt vardır ki, ova çıxmazdan qabaq o yerin yiyәsinә xüsusi pay ayırır, çöldә tir üstündә dәlә, dovşan, tülkü dәrisi və s. qoyub gedirlәr.
Məsəllər, deyimlər►Özünün başqalarından müәyyәn xüsusiyyәtləriylә fərqlәndiyini bildirmәk istәdikdә istehza ilә işlədilən ifadə.
İfadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyasının qəhrәmanı Mәşәdi İbadın dilindәn səslənərək yayılmışdır.
Tacir Mәşədi İbadın almaq istәdiyi qız – Gülnaz sevgilisi Sәrvərlə evin bağçasında görüşür. Hasarın o üzündә qalmış Məşədi İbad özünü Məcnuna, Gülnazı Leyliyә oxşadır və öz yarının әğyarla «eyş-işrət» etmәsinә qәzәblәnәrәk deyir: «Yox, mәn o mәcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam».
Ümumiyyətlə, Məcnun haqqında Nizami Gəncəvidən başlamaqla Şərqin bir çox şairlərinin əsərlərində verilən məlumatlar onun yalnız bir personaj olduğunu göstərirdi. Amma Qərb alimləri Məcnunun, həqiqətən də, real insan və 645–688-ci illərdə yaşamış ərəb şairi olduğunu iddia edirlər.
Məsəllər, deyimlər►Yol göstərən, düzgün istiqamәt verәn, öndə gedən bacarıqlı rəhbәri xarakterizə edərkən işlədilən ifadə.
İfadə bir çox hallarda səyyahlar üçün bələdçi rolunu oynayan qütb ulduzu ilə bağlı yaranmışdır.
Qәdim zamanlarda kompas yox idi, səyyahlar, dənizçilәr istiqamәti günәşə vә ulduzlara əsasən müәyyәn edirdilər. Onlar ulduzların gecәlәr yerini dәyişdiyini, birinin isə daim bir yerdә durub sabit qaldığını müəyyәn etmişdilər. Bu sabit ulduza әsasən qədim sәyyahlar cәhәtlәri tapırdılar. Həmin ulduza həm də qütb ulduzu deyilir. İfadә bununla əlaqədar meydana gəlmişdir.
Praktik ehtiyac həlә çox-çox qәdimlәrdәn insanları cәhətlәri müәyyәnlәşdirmәyә mәcbur etmişdi. Qәdim insan müşahidə etmişdi ki, günәş üfüqün şərq tərəfindən çıxır. Odur ki günәşi müqəddəs bilən, ona sitayiş edən xalqlar, adətən, üzlərini günəşə tərəf tutub dua eləyirdilər. Gecələr isə cәhətləri müәyyən etmək işindә qütb ulduzu әsas rol oynayırdı. Üzü qütb ulduzuna tәrәf dayanan şәxsin qarşı tәrәfi şimal, arxa tәrәfi cәnub, sağı şәrq, solu qәrb hesab olunurdu.
Sonra qarma-qarışıq vəziyyətlərdə insanlara yol göstərən, kütləni yönəldə bilən ağıllı və bacarıqlı adamların ünvanına da bu ifadəni işlətməyə başladılar.
Məsəllər, deyimlər►Sakitliyə, təmkinliyə çağırış və əsəbiləşən adamın haqsız olduğunu bildirmək məqsədilə işlədilən ifadə.
İfadə Roma əsatirlərində ilahların başçısı kimi təsvir edilən Yupiterin adı ilə bağlı yaranmışdır.
Tam şəkli «Yupiter, sən əsəbiləşirsən, sən haqlı deyilsən» olan ifadənin yaranması ilə bağlı ilk məlumatı Qədim Roma satirik şairi Lukian (təxminən eramızın 120–180-ci illəri arasında yaşamışdır) vermişdir. Tədqiqatçıların fikrincə, ifadənin ilk variantı da məhz onun əsərində işlədilmişdir. Lukianın əsərində göstərilir ki, göylərdən odu oğurlayan Prometey bu işdən qəzəblənən Zevsə (qədim yunan allahı Zevs sonralar Qədim Roma allahı Yupiterlə eyniləşdirilmişdir) deyir: «Sən mənə cavab vermək əvəzinə ildırım saçmağa başlayırsan, deməli, sən haqsızsan».
Yupiter Qədim Roma əsatirində ilahların başçısı, ildırım saçan ən qüdrətli tanrı hesab olunurdu. Əsatirlərdə onun sehrli gücü, ilahlara hökm etmək qüdrəti barədə xeyli maraqlı əhvalatlar vardır.
Məsəllər, deyimlər