►Yaxınlaşan hər hansı təhlükə və ya ortaya çıxan problem barəsində təşvişlə danışmaq, həyəcan qaldırmaq, bu təhlükə barədə ictimaiyyəti xəbərdar etmək.
İfadə vaxtilə Rusiyada misdən hazırlanmış təbillərlə hər hansı həyəcan və təhlükə barədə xəbər vermək ənənəsindən yaranmışdır.
Qədim Rusiyada misdən hazırlanmış və hər hansı həyəcan, təhlükə haqda adamlara xəbər verərkən vurulan təbillərə nabat deyirdilər. Sonra isə yanğınlar, daşqınlar və digər təhlükələrdən xəbər verən qırıq-qırıq kilsə zənglərini də belə adlandırmağa başladılar.
Ərəb dilindən Avropa dillərinin bir çoxuna keçmiş «nabat» sözü tərcümədə «təbil vurulması» deməkdir. Bu ifadə dilimizə rus dili vasitəsilə daxil olmuşdur.
Beləliklə, ifadə xalq arasında geniş işlənməyə və yerini möhkəmlətməyə başlamışdır. Hazırda daşqın, yanğın və digər fövqəladə hallarda artıq heç kim kilsə zəngi və ya təbil çalmır. Amma «təbil çalmaq» frazeoloji birləşməsi yenə də «həyəcan qaldırmaq» mənasını verir.
İfadə tədricən ictimai həyatda «gözlənilməz hadisələrə diqqəti cəlb etmək» mənasında da işlədilir.
Məsəllər, deyimlər►Tamamilә yox etmək, mәnimsәmәk, axırına çıxmaq.
İfadə bir sıra gövşәyәn heyvanların həzm sisteminin quruluşu ilə bağlı yaranaraq yayılmışdır.
Bir sıra gövşәyәn heyvanların mәdәsi dörd hissәdәn ibarәtdir. Onlar yemәyi hәr dәfә hәzm edәrәk mədənin bir hissəsindən o birinə ötürürlәr. Nәticәdә yem tamamilә hәzm olunur.
İfadәnin hәqiqi mәnası dörd dәfә (dördüncü dәfә) hәzm etmәk deməkdir. Mәcazi mәnada isə tamamilә, mükәmmәl şәkildә hәzm etməyi, bir şeyi yox etməyi, axırına çıxmağı, nəyi isə oğurlamağı, mәnimsәmәyi bildirir.
Hazırda dilimizdə tez-tez işlənən bu ifadə daha çox tam özünə aid olmayan «bir şeyi yox etmək, nəyinsə axırına çıxmaq» mənasında qavranılır.
Məsəllər, deyimlər►Hər hansı fikri incə və düşünülmüş şəkildə deməyin, hər sözü yerində işlətməyin vacibliyini bildirən ifadə.
İfadə XI əsrdə Keykavusun tövsiyələr toplusu olan «Qabusnamə»dəki bir əhvalatın məzmunundan qaynaqlanır.
Həmin əhvalata görə, bir dəfə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb. Səhəri yuxuyozanı çağırıb soruşur: «Bu yuxunun mənası nədir?» Yuxuyozan deyir: «Bütün qohum-əqrəban səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaq». Harun ər-Rəşid deyir: «Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən tez öləcəksə, onda mən kimə lazımam?!»
Başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı. Yuxuyozan dedi: «Bu yuxu göstərir ki, padşahımız bütün qohum-əqrəbasından çox yaşayacaq».
Harun ər-Rəşid bir az götür-qoy etdikdən sonra dedi: «Ağılın hökmü eynidir, təbir həmin təbirdir, lakin ibarələrdə böyük fərq var». Əmr etdi, həmin kişiyə yüz dinar versinlər.
Əhvalat onu anladır ki, hər kəs öz dilinin altında gizlənib. Siz hər hansı mətləbi bir cür, başqası isə tamamilə başqa cür deyə bilər.
Məsəllər, deyimlər►Xoşbәxtlik, firavanlıq vә sәadәt rәmzi.
İfadə «dövlәt quşu» və ya «cәnnәt quşu» adlandırılan Humay quşu haqqında nağıl və əfsanələrdən qaynaqlanır.
Humay quşu (Feniks) haqqında müxtәlif rәvayәtlәr mövcuddur. Bir rәvayәtә görә, Böyük Okean adalarında, Hindistanda, Çindә, Qıpçaq çöllәrindә yaşayan quşdur ki, kölgәsi hәr kәsin üstünә düşәrsә, o şәxs ya padşah, ya da dövlәtli, zәngin, xoşbәxt adam olurmuş. Guya havada yumurtlar vә balası elə havadaca yumurtadan çıxıb uçmağa başlarmış. Sәrçәdәn azca böyük olan bu quşun ayaqları yoxmuş.
Qәdim yunanların Feniks (daim tәzәlәnmәk, yenilәşmәk rәmzi) adlandırdığı bu quş Şәrqdә Humay (Huma) adlanır. Nizami Gәncәvinin vә Xaqani Şirvaninin әsәrlәrindә Humay adlı quşdan bәhs edilir. Yeri gəlmişkən deyək ki, bәzi lüğәtlәrdə «Feniks» quşunun adının Azərbaycan dilinə «Simurq» kimi tәrcümә olunması yanlışdır.
Dilimizdə işlədilən «küldən törəmək» ifadəsi də Humay quşu haqqında əfsanə ilə bağlıdır.
Məsəllər, deyimlər►Daha bacarıqlı, istedadlı adamı təqdim etmək məqsədilə, bəzən də zarafat və kinayə ilə işlədilən ifadə.
Danışıqda tez-tez işlədilən bu ifadə «Bəxtiyar» filmi (1955) ekranlarda nümayiş etdirildikdən sonra yayılmışdır.
Filmdə klubun yoxlanışı əsnasında özfəaliyyət dərnəyinin rəhbəri Ağabala narazı komissiya üzvlərini məmnun etmək və boşluğu doldurmaq üçün yaxın qohumlarını da səhnəyə çıxarır. Ağabalanın məzəmmətindən qurtulmaq üçün iki qadın səhnəyə çıxıb komissiya qarşısında çıxış etməli olur. Onları təqdim edərkən Ağabala belə deyir: «İndi klubumuzun fəalları Hüseynova bacıları öz məharətlərini göstərəcəklər».
Bacıların ifası onsuz da narazı olan komissiya üzvlərini məyus etsə də, Ağabalanın təqdimatında səslənən bu maraqlı ifadə filmdən sonra tamaşaçılar arasında xeyli populyarlıq qazandı.
Məsəllər, deyimlər