Reklam
Reklam

Məsəllər, deyimlər

HUMAY (HUMA) QUŞU

►Xoşbәxtlik, firavanlıq vә sәadәt rәmzi.

İfadə «dövlәt quşu» və ya «cәnnәt quşu» adlandırılan Humay quşu haqqında nağıl və əfsanələrdən qaynaqlanır.

Humay quşu (Feniks) haqqında müxtәlif rәvayәtlәr mövcuddur. Bir rәvayәtә görә, Böyük Okean adalarında, Hindistanda, Çindә, Qıpçaq çöllәrindә yaşayan quşdur ki, kölgәsi hәr kәsin üstünә düşәrsә, o şәxs ya padşah, ya da dövlәtli, zәngin, xoşbәxt adam olurmuş. Guya havada yumurtlar vә balası elə havadaca yumurtadan çıxıb uçmağa başlarmış. Sәrçәdәn azca böyük olan bu quşun ayaqları yoxmuş.

Qәdim yunanların Feniks (daim tәzәlәnmәk, yenilәşmәk rәmzi) adlandırdığı bu quş Şәrqdә Humay (Huma) adlanır. Nizami Gәncәvinin vә Xaqani Şirvaninin әsәrlәrindә Humay adlı quşdan bәhs edilir. Yeri gəlmişkən deyək ki, bәzi lüğәtlәrdə «Feniks» quşunun adının Azərbaycan dilinə «Simurq» kimi tәrcümә olunması yanlışdır.

Dilimizdə işlədilən «küldən törəmək» ifadəsi də Humay quşu haqqında əfsanə ilə bağlıdır.

Məsəllər, deyimlər