►Hər hansı məsələni danışıqla həll etməyin, müzakirə yolu ilə razılığa gəlməyin, qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmağın üsulunu bildirən ifadə.
İfadənin tarixçəsi V–VI əsrlərdə yaşamış ingilis kralı Arturla bağlıdır.
Kral Artur tez-tez sarayında cəngavərlərlə görüşər, məsləhətləşər və sonda da ziyafət verərmiş. Müdrik kral cәngavәrlәr arasında «kim krala yaxın oturur» söhbətlərinin yaranmaması və bu zəmində qısqanclığın olmaması üçün toplantıları, adәtәn, böyük vә dairәvi bir stol arxasında keçirərmiş. Qonaqlar hәr dәfә saat әqrəbi istiqamәtindә һәrәkәt edәrәk dəyirmi stol arxasında yerlәrini dәyişәrmişlər. Mәqsәd bu imiş ki, kimin daha hörmәtli yerdə oturması barәdә qonaqlar arasında mübahisә düşməsin. Odur ki qonaqların hamısı özlәrini bәrabәr vəziyyәtdә һesab edirmiş.
Getdikcə «dəyirmi masa» ifadəsi birlik və bərabərliklə yanaşı, həm də hər hansı məsələdə razılığa gəlmək, anlaşmaq və qərar qəbul etmək üçün stol arxasında oturub bərabər səviyyədə onu müzakirə etməyi bildirməyə başlamışdır. Adətən, televiziya və radio verilişlərində aparılan müzakirələrdə, siyasi xadimlərin, o cümlədən dövlәt başçılarının beynәlxalq görüşlərindәn danışarkәn bu ifadәdәn istifadә olunur. Bəzən «masa» əvəzinə «stol» da işlədilir.
Bizim günlərdə də bu ifadə müzakirə etmək, danışmaq, hər hansı məsələni qarşılıqlı anlaşma yolu ilə həll etmək niyyətini bildirir.
Məsəllər, deyimlər►Mәdh etmәk, kiminsə şəninə ölçüsüz təriflər yağdırmaq, kimisə həddən artıq heyranlıqla tərifləmək.
İfadə qədim yunan mifologiyasından qaynaqlanır.
Buradakı «difiramb» sözü Qədim Yunanıstanda şərab və şənlik ilahı Dionis Vakxın şərəfinə oxunan təntənəli xor mahnısının adıdır. Bu mahnılar vakxanaliyalarda – çox şәn vә gurultulu keçirilәn bayramlarda oxunardı. Beləliklə, «vəsf etmək» mənasında işlənən «difiramb oxumaq» ifadəsi yaranmış, Qәdim Yunanıstanda vә Romada formalaşaraq dünya dillәrinə yayılmışdır.
Əlbəttə, tanrı hesab olunanı adi insanlarla bir tutmaq olmaz, yəni insana difiramb oxumaq yolverilməzdir. Buna görə də müasir dövrdə «difiramb oxumaq» ifadəsini kinayə və narazılıqla işlədirlər. Bu səbəbdən də ifadə daha çox xüsusi məqsədlə kimisə tərifləməyi, ona yaltaqlıq etməyi, yarınmağı vurğulayır.
Məsəllər, deyimlər►Düşünmədən danışıb özünü çıxılmaz vəziyyətə salan, imkanına uyğun olmayan vədlər verib sonra yerinə yetirə bilməyən adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətdə deyilir ki, evində yeməyə yavan çörəyi belə olmayan bir nəfər həyətinin yanından ötən yolçuya qonaqpərvərlik göstərir, atdan enib dincəlməyi və çörək yeməyi təklif edir. Düşünür ki, atlı bu alicənab təklif üçün öz minnətdarlığını bildirib yoluna davam edəcək. Lakin müsafir çox ac və yorğun olduğundan və ev yiyəsinin sözünü əsaslı saydığından böyük məmnuniyyətlə atdan düşüb qapıya gəlir və ev sahibindən soruşur:
– Ay qardaş, atı haraya bağlayım?
Çətin vəziyyətə düşmüş ev yiyəsi dilinin bəlasını çəkdiyini görüb peşmanlıqla qonağa belə cavab verir:
– Dilimə bağla.
Belə bir rəvayət Molla Nəsrəddinlə bağlı lətifələrdə də yer almışdır.
Məsəllər, deyimlər►Susmaq, danışmamaq, ağzı möhkəm olmaq, ağzından söz çıxmamaq.
İfadə kəşfiyyatçıların qeyri-adi davranışı ilə bağlı meydana çıxmışdır.
Hərb tarixi ilə bağlı mötəbər mənbələrə görə, xüsusən Çin və Yaponiyada casusu, yaxud hərbi kəşfiyyatçını əsir tutanda, həmin adamlar üçün çıxılmaz vəziyyət yarananda onlar əsgəri qaydaya görə dillərini dişləyib sıradan çıxarırdılar ki, düşmən onları sirri açmağa məcbur edə bilməsin. Bu, düşmən əlinə keçmiş kəşfiyyatçı üçün qəbul edilmiş davranış tərzi sayılırdı.
Adətən, bu frazeoloji ifadə qəflətən susan, uzun müddət danışığına ara verən adam haqqında işlədilir. Belə deyirlər ki, o özünü itirib və nə danışacağını bilmir, yaxud elə dərəcədə təəccüblənib ki, hətta nitqi quruyub.
Məsəllər, deyimlər►Tez-tez, yerli-yersiz, ara vermәdәn vә çox zaman da mәntiqsiz danışmaq, dil boğaza qoymamaq.
İfadə gicitkən yeyərkən insanın halının dəyişməsi ilə bağlı yaranmışdır.
Mәlumdur ki, gicitkәn bitkisinә danışıq dilindә obrazlı şәkildә «dilotu» deyilir. Yarpaqlarının vә gövdәsinin üzәrindә dalayıcı, yandırıcı tükcüklәr olan gicitkәn kolu kimә toxunsa, ufuldayır. Gicitkən dalayan adamın dərisində xüsusi səpgilər yaranır, insan hər şeydən qıcıqlanır, tez-tez danışır, әsәbilәşir, ağzına gәlәni deyir, bir müddət rahatlıq tapmır, halından şikayətçi və deyingən olur.
Xüsusi şәkildə ovuşdurub, әzib yandırıcı tükcüklәrin tәsirini zərərsizləşdirmәdәn onu yemәk mümkün deyildir. Çünki gicitkәn təbii halda yeyilsә, insan dilini ağzında saxlaya bilməz. Elә bu xüsusiyyәtinә görә dә hәmin bitki dilotu adı almış vә mәcazi mәnalı tәrkibin yaranmasına sәbәb olmuşdur.
Məsəllər, deyimlər►Həyat mənbəyi, insana enerji, gümrahlıq və güc verən faydalı şeylər haqqında işlədilən ifadə.
İfadə dini təsəvvürlərdən və daha çox Xızır peyğəmbərlə bağlı rəvayətlərdən yaranıb yayılmışdır.
Qədim zamanlarda bulaq suyunu və digər axar suları dirilik çeşməsi adlandırırdılar. Bu sular həmişə təmiz və təravətli olurdu. Dini rəvayətlərə görә, zülmәtdә də bir dirilik bulağı (çeşmәsi) vardır ki, onun suyundan içənlәr әbәdi hәyat qazanırlar. Guya Xızır peyğəmbər bu çeşmәni tapmış, özü vә atı onun suyundan içmiş, bu suda yuyunmuşlar. Ona görә dә hәmişә sağdır, diridir. Rəvayət olunur ki, İsgәndәr Zülqәrneyn dә bu dirilik suyunu çox axtarmış, lakin tapa bilməyib geri dönmüşdü.
«Dirilik suyu» anlayışının yaranması vә bütün Şәrqdә yayılması ehtimalını irəli sürən tədqiqatçılar şumerlərin әsatirlәrinə, xüsusən «İnannanın yeraltı dünyaya getmәsi» әfsanәsinә istinad edirlər. Həmin əfsanəyə görə, göylәr hökmdarı İnanna yeraltı dünyaya da hakim olub ölülәri diriltmәk üçün o dünyaya getmәyi qərara alır. Lakin o, yeraltı dünyada öldürülüb divardakı mıxdan asılır. Üç gün gözlәdikdәn sonra İnannanın vәziri kömәk üçün müdriklik ilahı Enkiyə müraciət edir. Enki iki cansız varlıq yaradır, onlara «hәyat yemәyi» vә «dirilik suyu» verәrәk canlandırır. Sonra onları yeraltı dünyaya göndәrir. Onlar İnannanın mıxdan asılmış cәsәdini tapır, dirilik suyu çilәyib onu dirildirlәr.
Məsəllər, deyimlər►Bir şeyin xüsusi zəhmət haqqı, hansısa işin müqabilində haqq, əlavə pay.
İfadә orta әsrlәrdə Azәrbaycanda mövcud olmuş bir adətdən qaynaqlanır.
Həmin dövrlərdə qəbul edilmiş qaydalara görə, xanın adamları kәndә gәlәndә әn hörmәtli qonaq kimi qarşılanar, onların şәrәfinә böyük ziyafət tәşkil edilərdi. Lakin qonaq süfrәdәki nemәtdәn, yemәk-içmәkdən imtina edәrdi ki, bu zaman da onun mәqsәdi «diş kirәsi» (pulu) almaq olardı. Axı ev yiyəsinin hazırladığı lәziz təamları yemәk üçün qonağın dişlәri zәhmәtə qatlaşıb işlәmәli idi. Bax dişlәrin bu zәhmәti müqabilindә qonağa xüsusi pay da verilirdi. Bu «diş kirәsi» vermәk (vә ya almaq) adәti XVIII–XIX әsrlәrdә xüsusilә geniş yayılmışdı. Tәdricәn bu adәt başqa qonaqlar ilә dә әlaqәlәnmәyә başladı; məsələn, oğlan ilk dәfә qız evindә çörәk yeyәndә ona diş kirәsi olaraq pul vә ya mal hәdiyyә edәrdilәr.
Bu ifadәyә oxşar olaraq «göz kirәsi», «qulaq kirәsi» ifadәlәri düzәlmişdir.
Məsəllər, deyimlər►Kiminsə hansısa xüsusiyyәtini müәyyәnlәşdirmәk üçün onu gizli və ya aşkar şəkildə yoxlamaq, sınamaq.
İfadə Novruz bayramında yumurta döyüşdürmək adəti ilə bağlı yaranmışdır.
Bayramın maraqlı epizodlarından olan yumurta döyüşdürməyin qaydasına görə, yumurtası sınan adam uduzmuş sayılır.
İfadәnin hәqiqi mәnası Mirzə Cəlilin «Leontiyev» felyetonunda çox aydın izah edilmişdir: «Mәlumdur ki, uşaqlar yumurta döyüşdürәndә әvvәl bir dadırlar, yәni yumurtaları dәyişib vururlar dişlәrinә vә sonra qaytarıb verirlәr bir-birinә. Sonra başlayırlar oynamağa; mәsәlәn, Әli bunu qanır ki, yumurtası Vәlinin yumurtasından bәrkdir, әvvәl deyir: «Tut!» Vәli deyir: «Sәn tut!» Axırda Әli tutur, çünki bilir ki, tutsa da, Vәlinin yumurtası sınacaq».
Yumurtanı dişə vurmaqla bərk-boşunu yoxlamaq məsələsi sonradan məcazi məna kəsb edərək, ümumiyyətlə, bir şeyi və ya bir kəsi yoxlamaq, sınaqdan keçirmək məqsədilə işlədilməyə başlayıb.
Məsəllər, deyimlər►Bir şeydən qorxmağı, həmin şeyin yaratdığı təhlükədən qorunmaq üçün qaçıb aradan çıxmağı vurğulayan ifadə.
İfadə divlərlə bağlı yaranmış rəvayət və xalq əsatirlərindən qaynaqlanır.
Qədim təsəvvürlərə görə, insan övladının ən qəddar düşməni olan divlər metaldan, o cümlədən dəmir silahdan bərk qorxurmuşlar. Yaranmış qənaətə görə, divi ancaq dəmir silahla öldürmək və ram etmək olarmış.
Buna görə də adamların əlinə düşüb onların verdiyi əzab və işgəncəyə məruz qalmamaq üçün guya div dəmirin adını eşidən kimi qaçır. Məhz bu əfsanəni nəzərdə tutaraq dindar adamlar evlərinə cin-şeytan girə bilməsin deyə qapılarının astanasına nal vururdular. Bu inanc indi də davam etməkdədir.
Bu ifadəyə uyğun olaraq «oddan qorxan kimi qorxur» deyimi də işlədilir.
Məsəllər, deyimlər►Birisinin zahirən o qәdәr dә gözәl olmayan qadınla evlәnmәsinә, onu sevmәsinә işarә edən kinayəli ifadə.
Deyim xalq nağıllarının süjetlərindən qaynaqlanaraq yayılmışdır.
Azərbaycan nağıllarının bir çoxunda divlәrin qurbağanı sevmәsindәn, onunla evlәnmәsindәn danışılır. Yaxud bəzi nağıllarda nəql olunur ki, div hansısa padşahın qızını oğurlayaraq onu gizlətmək üçün qurbağaya çevirir. Bu motiv dünyanın bir çox xalqlarının nağıllarında da var.
Müasir dövrdə evlənənlər və ya sevgililər arasında açıq-aşkar uyğunsuzluq olduqda, yəni tərəflərdən biri hədsiz kifir olduqda bu ifadə istehza ilə söylənilir.
Məsəllər, deyimlər►Əsəbdən və ya ağrıdan başını itirmək, əzab çəkmək, özünü idarə edə bilməmək.
İfadə qədimlərdə mühasirəyə alınmış şəhərlərin qala divarlarını aşmaq cəhdi ilə bağlı meydana çıxmışdır.
Adətən, qədim şəhərlər müdafiə məqsədilə hündür taxta və ya daş divarlarla əhatə olunurdu. Bu divarlara hücum etmək təhlükəli və çətin idi, çünki hücumçuları yuxarıdan oxla vurur, üstlərinə qaynar qatran və su tökür, iri daşlar atırdılar.
Buna görə də çox böyük təhlükəyə atılmağı ifadə edən «divara dırmaşmaq» frazeoloji birləşməsi təhlükə və cəsarətin son həddini bildirirdi.
Dilimizdə qədim şəhər divarları ilə əlaqədar olan digər ifadələr də vardır; məsələn, «Daş divar arxasında yaşamaq» kimi deyimlər ilkin mənasını saxlayır və özünü təhlükəsizlikdə hiss etməyi bildirir.
Məsəllər, deyimlər►Bir şey barədə danışarkən kimsə eşitməsin deyə çox ehtiyatlı olmağa çağırış kimi işlədilən ifadə.
İfadə ilk dəfə Avropa İntibahının böyük yazıçısı Migel de Servantesin (1547–1616) məşhur «Don Kixot» romanında işlədilmişdir.
Bəzi ehtimallara görə, «Divarın da qulağı var» ifadəsi təxminən eyni vaxtda Lope de Veqanın (1562–1635) «Valensiyalı dul qadın» pyesində də yer almışdır.
Sonrakı dövrlərdə bu ifadə bütün Avropa ədəbiyyatında, XIX əsrin ortalarından isə rus romanlarında geniş işlənmişdir.
Azərbaycan ədəbiyyatında məlum ifadəyə 30-cu illər repressiya dövründən bəhs edən ədəbi nümunələrdə daha çox rast gəlinir.
Məsəllər, deyimlər►Kimisə aldatmaq, yalan danışmaq, kələk gəlmək, hiylə işlətmək.
İfadə «doqquzlama» adlanan qәdim türk adәtindən yaranıb formalaşmışdır.
Qәdimlәrdә 9 әn uğurlu, xeyirli rәqәm hesab olunurdu. Odur ki mәşhur «doqquzlama» adәti geniş yayılmışdı. Həmin adətə görə, 9 müqәddәs rәqәm olduğundan hәr hansı hәdiyyәnin 9 ədəd (9 әşya) olması zәruri hesab edilirdi.
İndi dә bәzi türk xalqlarında (özbәk, türkmən) hesablama işi (xüsusilә qadınların dilindә) doqquz-doqquz prinsipi üzrә aparılır; mәsәlәn, «iki doqquz (yәni on sәkkiz) çörәk», «üç doqquz (yәni iyirmi yeddi) fәtir» vә s. Habelə dilimizdә «hәftә sәkkiz, mәn doqquz», «adı çıxdı doqquza, enmәz daha sәkkizә», «Allah doqquzunda verdiyini səkkizində almaz» kimi ifadәlәr dә 9 rәqәminin müqəddəsliyi ilә izah oluna bilәr.
XV әsrdә Azәrbaycana gәlmiş İtaliya diplomatı Katerino Zeno öz ölkәsinә Uzun Hәsәnin sarayından göndәrdiyi mәktubda yazmışdı: «İyulun 12-dә yazdığım kimi, bu şöhrәtli hökmdarın yanına Tatar xanının tәntәnәli sәfiri gәlmişdi. Hәdiyyә olaraq hökmdara doqquz qılınc, doqquz qәmә, yәhәr, fәnәr... vә xəz (dәlә, sincab, samur, tülkü... dәrisi) gәtirmişdilər».
Dilimizdə jarqon kimi qəbul edilən bu frazeoloji ifadənin bir sıra başqa variantları – «üçlük kәlmәk», «nömrә gәlmәk» və s. də vardır.
Məsəllər, deyimlər►Çox böyük tәhlükәni vә ya yüksәliş rәmzini bildirmək üçün işlədilən ifadə.
İfadə dənizdə fırtına zamanı çox qorxunc olan doqquzuncu dalğa ilə bağlıdır.
Buna və bir sıra sirli səbəblərə görə qәdimlәrdә bir sıra xalqlar 9 rәqәmindәn dəhşәtli şәkildә qorxurdular. İvan Ayvazovskinin mәşhur rәsm әsәrindә doqquzuncu dalğa bütün qorxuncluğu vә әzәmәti ilә tәsvir edilmişdir. Müәllifin 1850-ci ildə çәkdiyi «Doqquzuncu dalğa» әsәrindә qәzadan qurtarmış adamların taxta parçalarından möhkәm yapışması, sifətlərində qorxu vә iztirab cizgilәri çox obrazlı verilmişdir.
9 rәqәminin vahimә, qorxu hissi oyatması qәdim zamanlarda bu rәqәmin say sistemindә sonuncu hesab edilmәsi ilә әlaqәdar da izah oluna bilәr. Qədim dünyanın bir sıra xalqlarında say sistemi doqquzdan yuxarı qalxmırdı.
Türk dillәrindәki sayların (rәqәmlәrin) müqəddəsliyini öyrәnәn alimlərin fikrincә, sayların inkişafında üç mәrhәlә olmuşdur: a) beş (vә ya әlli) rәqәminә qәdәr, b) yeddi (vә ya yetmiş) rәqәminə qәdәr, c) doqquz (vә ya doxsan) rәqәminә qәdәr olan saylar. Göstәrirlәr ki, türk dillәrindә onluq say sistemi şumerlәrin təsiri ilә meydana gәlmişdir.
Məsəllər, deyimlər►Kiçik dövlәtlәri iqtisadi cәhәtdәn әsarәt altına almaq vә onları iri xarici banklara və sәnaye kompaniyalarına tabe etmәk siyasәti.
İfadә ilk dəfə onu işlətmiş ABŞ prezidenti Vilyam H.Taftanın adı ilə bağlıdır.
1909–1913-cü illәrdә ABŞ-ın prezidenti olmuş Vilyam Hovard Tafta Latın Amerikası ölkәlәrində ABŞ-ın fəallaşmasını әsaslandırmağa çalışırdı. Onun obrazlı ifadә kimi işlәtdiyi «dollar diplomatiyası» elә bir siyasәti sәciyyәlәndirirdi ki, həmin siyasətdə dollar sanki güllә, mәrmi rolunu oynayırdı. Bazara daxil olan xarici pul və texnologiya tamamilə yeni iqtisadi mühit yaradır, ölkənin xarici kapitaldan, yəni dollardan asılılığını gücləndirirdi.
Ümumiyyətlə, bu frazeoloji birləşmənin ifadə etdiyi mahiyyət odur ki, ABŞ, Böyük Britaniya kimi böyük dövlətlərin xarici siyasәtdә istifadә etdiklәri metod ölkənin iqtisadi vә siyasi mәnafeyini qorumağa xidmət edir.
Analoji yolla düzәlmiş «atom diplomatiyası» ifadәsi atom silahına sahib olan ölkәnin başqa ölkәlәrә tәzyiq siyasәtini sәciyyәlәndirir. Әsasәn, Amerikanın xarici siyasәt metodunu әks etdirәn bu ifadә 1945-ci ildәn tətbiq olunmağa başlamışdır. ABŞ-ın 1945-ci il avqustun 6-da Xirosimaya, avqustun 9-da isə Naqasakiyә atom bombası atmasından sonra ifadə həmin hadisәlərə bir işarә kimi işlәdilir.
Son illərdə mətbuatda «kürü diplomatiyası» birləşməsinə də rast gəlinir.
Məsəllər, deyimlər