Reklam
Reklam

Məsəllər, deyimlər

DİV DƏMİRDƏN QAÇAN KİMİ QAÇIR

►Bir şeydən qorxmağı, həmin şeyin yaratdığı təhlükədən qorunmaq üçün qaçıb aradan çıxmağı vurğulayan ifadə.

İfadə divlərlə bağlı yaranmış rəvayət və xalq əsatirlərindən qaynaqlanır.

Qədim təsəvvürlərə görə, insan övladının ən qəddar düşməni olan divlər metaldan, o cümlədən dəmir silahdan bərk qorxurmuşlar. Yaranmış qənaətə görə, divi ancaq dəmir silahla öldürmək və ram etmək olarmış.

Buna görə də adamların əlinə düşüb onların verdiyi əzab və işgəncəyə məruz qalmamaq üçün guya div dəmirin adını eşidən kimi qaçır. Məhz bu əfsanəni nəzərdə tutaraq dindar adamlar evlərinə cin-şeytan girə bilməsin deyə qapılarının astanasına nal vururdular. Bu inanc indi də davam etməkdədir.

Bu ifadəyə uyğun olaraq «oddan qorxan kimi qorxur» deyimi də işlədilir.

Məsəllər, deyimlər