Reklam
Reklam

Məsəllər, deyimlər

DOQQUZUNCU DALĞA

►Çox böyük tәhlükәni vә ya yüksәliş rәmzini bildirmək üçün işlədilən ifadə.

İfadə dənizdə fırtına zamanı çox qorxunc olan doqquzuncu dalğa ilə bağlıdır.

Buna və bir sıra sirli səbəblərə görə qәdimlәrdә bir sıra xalqlar 9 rәqәmindәn dəhşәtli şәkildә qorxurdular. İvan Ayvazovskinin mәşhur rәsm әsәrindә doqquzuncu dalğa bütün qorxuncluğu vә әzәmәti ilә tәsvir edilmişdir. Müәllifin 1850-ci ildə çәkdiyi «Doqquzuncu dalğa» әsәrindә qәzadan qurtarmış adamların taxta parçalarından möhkәm yapışması, sifətlərində qorxu vә iztirab cizgilәri çox obrazlı verilmişdir.

9 rәqәminin vahimә, qorxu hissi oyatması qәdim zamanlarda bu rәqәmin say sistemindә sonuncu hesab edilmәsi ilә әlaqәdar da izah oluna bilәr. Qədim dünyanın bir sıra xalqlarında say sistemi doqquzdan yuxarı qalxmırdı.

Türk dillәrindәki sayların (rәqәmlәrin) müqəddəsliyini öyrәnәn alimlərin fikrincә, sayların inkişafında üç mәrhәlә olmuşdur: a) beş (vә ya әlli) rәqәminә qәdәr, b) yeddi (vә ya yetmiş) rәqәminə qәdәr, c) doqquz (vә ya doxsan) rәqәminә qәdәr olan saylar. Göstәrirlәr ki, türk dillәrindә onluq say sistemi şumerlәrin təsiri ilә meydana gәlmişdir.

Məsəllər, deyimlər