Reklam
Reklam

Məsəllər, deyimlər

ÜZÜNƏ ƏK TUTMAQ

Özünü bədnəzərdən, kənar gözdən, naməhrəmdən qorumaq, utanmaq.

İfadə qədim zamanlarda insanların hamılıqla niqab gəzdirmək adətindən qaynaqlanaraq yayılmışdır.

Qәdimlәrdә qadınlarla bərabər, sifətcə gözәl olan kişilәr də gözə gəlməsinlər deyə niqabla gәzirdilәr vә niqab, adәtәn, əlәk formasında olurdu. Odur ki sadә xalq dilindә niqab örtmәk elә üzә әlәk tutmaq şәklindә ifadә edilmәyә başlamışdır.

«Kitabi-Dәdә Qorqud» dastanında «Qanturalı boyu»ndan məlum olur ki, mәhz gözәl olduğu üçün Qanturalı niqabla gәzir: «Qanturalı camal vә kamal yiyәsi yigit idi. Oğuzda dörd yigit niqabla gәzirdi. Biri Qanturalı, biri Qara Çökür vә oğlu Qırqqunuq vә boz ayğırlı Beyrәk. Qanturalı niqabın sәrpdi. Qız köşkdәn baxırdı, daraqlığı boşaldı, kədisi mavladı, öysәl olmuş dana kimi ağzının suyu axdı».

Başqa bir boyda Bamsı Beyrәyin üzü niqablı gәzməsindәn bәhs edilir: «Qızlar aydır: – Vallah, sultanım, bu yigit üzü niqablı yaxşı yigitdir. Bәy oğlu bәy imiş, – dedilәr.

Banıçiçәk aydır: – Hey, hey dayәlәr! Babam mәnә «sәni üzü niqablı Beyrәyә vermişәm» deyәrdi. Olmaya kim, bu ola».

Göyçәk kişilərin qәdim zamanlarda niqab örtmәsi müәyyәn әfsun xarakteri daşıyır, gözdәymәdәn qorunmaq mәqsәdi güdürdü; mәsәlәn, Şәrqdә gözәllik rәmzi hesab olunan Yusif üzünü daim niqabla xalqdan gizlәdәrmiş.

Məsəllər, deyimlər