Bax: pərəskar.
Yusif deyər, sən də ondan var idin,
Onların şahısan, pərəstkarıdın.
Xabda görmüş sən Kəmtərə yar idin,
Yusif hər elmdən bilər halları.
(“Qulam-Kəmtər”)
*
Sağ yanında duran gül girdarındı,
Sınıq könüllərin pərəstkarıdı.
İsmi-nami alagözlü Pəridi,
Yusifin dərdindən xəbərdardı.
(“Qulam-Kəmtər”)
Azərbaycan dastanlarının leksikası1. Qoca, çox yaşlı kişi, ixtiyar.
2. Məcazi mənada: ustad, müəllim.
Söz tamam oldu. Reyhan xanım kağızı aparıb gizlətdi. Xacə Abdulla çıxıb bayıra pir kişilərdən yığdı, məsləhət gördülər ki, Leyliyə elçi getsinlər, Qeysə alsınlar.
Yığışıb pir kişilər xacə Abdulla ilə birlikdə gəldilər Soltan Mahmudun hüzuruna. (“Leyli və Məcnun”)
Ocaq; müqəddəs sayılıb ziyarət edilən qəbir, ağac və s.
Göynən gedən beş-on durna,
Aparırlar pirə məni.
Məyər mən dəli olmuşam,
Aparırlar pirə məni?
(“Leyli və Məcnun”)
*
Xalq Mazannənə pirində iki qəbir qazıb, bu sevgililərin hərəsini birində dəfn elədi. (“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikasıQoca, ağsaqqal, ixtiyar.
Bir məhəlləsində yeddilər, beşlər,
Bir məhəlləsində bəzirgan işlər,
Bir məhəlləsində doqquz dərvişlər,
Bir məhəlləsində piran əyləşmiş.
(“Əsli və Kərəm”)
*
Kərəm deyər, kam almadım dünyada,
Cəfa çəkdim, ömür verdim mən bada,
Məcnun kimi dolanaram səhrada,
Qocalmışam, piran oldum, belə bax.
(“Əsli və Kərəm”)
*
Bəhram atasından ayrılıb bir ata süvar oldu, yola düşdü. Çox getdi, az getdi, çoxa, aza qərar qoya bilmərik, getdi, yol kənarında bir pirana rast gəldi. (“Bəhram-Gülxəndan”)
Azərbaycan dastanlarının leksikası16,38 kq-a bərabər ağırlıq ölçüsü.
Put yarım çay gətir, qırx beş pud şəkər,
Simavar qaynasın daim sarasər,
On beş gün kef çəkmək hər axşam, səhər,
Qısır inək otuz beşin istərəm.
(“Aşıq Alı və Əsmər xanım”)
*
On beş put yağ gətir, qırx beş pud düyü,
El yeməyə əppək, aşın istərəm.
(“Aşıq Alı və Əsmər xanım”)
Azərbaycan dastanlarının leksikasıGizli, xəlvət.
Pünhan danış, heç kəs səni duymasın,
Şirin cana heç özgələr qıymasın,
Öldürsə öldürsün, burda qoymasın,
Yalvar, yapış yara, dil sənə qurban!
(“Novruz”)
*
Qızılgülü dəstə-dəstə dərginən,
Dəribən də pünhanlara sərginən,
Hər nə versən, öz əlinlə verginən,
Yüz qadanı başdan sovar deyərlər.
(“Lətif şah”)
Azərbaycan dastanlarının leksikası