Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. (“Koroğlu” dastanının lüğəti)
Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə necə hərbə-zorba gəldi. (“Koroğluynan Bəylər”) ( İ.A., B.A.)
*
Həsən baxdı ki, Zərnişan xanım onu hərbə-zorbası ilə imtahana çəkir. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıOlsun, qoy nə olur, olsun (nəticəsi bəlli olmayan bir işə girişdikdə deyilən ifadə). (“Koroğlu” dastanının lüğəti)
Hasan paşa gördü iş şuluqdur. Odur ki, hərçi-badabad deyib atın başını döndərdi, bir dəstə qoşunla Koroğluya hücum elədi. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Ətrafa göz gəzdirib baxdı ki, yanında bir səbzəvat dükanı var. Hərçi badabad deyib girdi dükana. (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikasıƏsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti)
İgid odu aza-çoxa baxmaya,
Məlulun, miskinin könlün yıxmaya,
Qılınc bozaranda hərgiz qorxmaya,
Qoç Koroğlu kimi halı gərəkdi.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Bozalqanlı”)
*
Buyur məni cəlladlara,
Hərgiz sir vermə yadlara,
Minəndə köhlən atlara,
Onu minən sərxoş olsun.
(Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası1. Gözə tanış gəlməyən, şübhəli görünən tip.
2. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan).
3. Rəqib. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu məsələni başa düşdü. Bildi ki, hərif ona meydan oxuyur. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
*
– Əyə, hazır olun! Hərif, deyəsən, day cana doyub, yola düşmək istəyir. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğlu hərifin sözlərini başa düşdü. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıKələk, fırıldaq, hiylə // oyun. (“Koroğlu” dastanının lüğəti)
Ay oğul, bə deyirlər, onların minbir hoqqası var. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Çəki, ölçü vahidi. (“Koroğlu” dastanının lüğəti)
Dastanda ətin, nalın, şərabın çəkisini, həcmini göstərir.
Bu gün gəlib gördüm ki, Mir İbrahim qəssabın oğlu Eyvazın dükanında ətin hoqqası iki quruşa satılır. Bu əti iki quruşa aldığıma görə salavat çevirirəm. (Paris nüsxəsi, 3-cü məclis)
*
Eyvaz dedi:
– Əmi bax, burada on iki şaqqa ət var, bacarsan hər hoqqasını iki quruşa sat. Əlindən gəlmirsə, mən gələnə kimi elə-belə otu. (Paris nüsxəsi, 3-cü məclis)
*
Uzaq-uzaq yollarınan,
Beli ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At igidin qardaşıdı.
(“Həmzənin Qıratı aparmağı”)
*
Səfərimdi şəhri-Bagdad,
Kimdi mənnən köçən, gəlsin!
Yeddi hoqqa, hazar peşə
Məndən artıq içən gəlsin!
(“Durna teli”)
Azərbaycan dastanlarının leksikası