Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

hərcayı fars

1. Avara, sərsəri, heç bir işlə məşğul olmayan.

2. Mənasız, boş.

Xəbər aldım təbrizlidən,

Məni hərcayı çağladı,

Viran bağlar xəzəl oldu,

Didələrim qan ağladı.

         (“Abbas və Gülgəz”)

                             *

Camalının şövqi mat eylər ayı,

Yoxdur tək sonamın göllərdə tayı.

Əhdə düz gözəldi, deyil hərcayı,

Ana, mən Şirindən dönə bilmərəm.

                                    (“Fərhad və Şirin”)

                             *

Qafil könül, bir məclisə varanda

Ver qadağa acı dilə, danışma.

Hərcayı söyləmə, hərcayı demə,

Laf eyləyib, gülə-gülə danışma.

                                  (“Seydi və Pəri”)

Azərbaycan dastanlarının leksikası