Əkinçiliklə bağlı cütçülər tərəfindən oxunan əmək nəğmələri.
Çox qədim dövrlərdə yaranmış nəğmələrdir. Holavarlar, əsasən, a.a.b.a şəklində qafiyələnir və dörd misradan ibarət olur. Hər misrası 7 hecalı olmaqla bəzən 3-4, bəzən də 4-3 bölgüsündə olur. Bu nəğmələr, adətən, öküz, kəl kimi heyvanlara müraciətlə oxunur:
Öküz, öküz, xan öküz,
Boynu qızıl qan öküz,
Çək çayırı çəməndən,
Sənə qurban can öküz.
Bəzi holavarlarda cüt, hodaq, mac kimi əkinçilik alətlərinin də adı çəkilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. humanitas – insanlıq > humanus – insani > homo – insan
İnsansevərlik, insanpərvərlik, insan ləyaqətinə hörmət kimi prinsiplərin məcmusu.
Humanizm prinsipləri İntibah dövründən başlayaraq bir çox əsərlərin əsas leytmotivini təşkil edib. Daha qədim dövrdə də mənəvi dəyərlər tərənnüm edilib, lakin onlar, əsasən, yüksək ictimai təbəqənin insanlarına xas olan keyfiyyətlər kimi qələmə verilib. Humanizmin əsas mahiyyəti olan insana dəyər vermək prinsipinə N.Gəncəvinin Fitnə (“Yeddi gözəl”) obrazını misal göstərmək olar. Humanizm motivləri İmadəddin Nəsiminin yaradıcılığında öz zirvəsinə çatır. İnsanı ali varlıq kimi təqdim edən böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə doğru atılan bir addım idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycan, Anadolu və Qərbi İranda yayılan sufi təriqəti.
Hürufiliyin banisi XIV əsrdə yaşamış təbrizli mütəfəkkir Fəzlullah Nəimidir (1339-1394). “Hüruf” sözü ərəb dilində “hərflər” mənasını verir. Hürufilər ərəb əlifbasında olan hərflərin sayını və bəzi rəqəmləri müqəddəs hesab edirdilər. Onlara görə, insanın üzündə «Allah» sözü yazılıb. Bеlə ki, insanın burnu ərəb əlifbasındakı «əlif» (ا), burun pərələri «lam» (ل), gözü isə «hе» (ح) hərflərinə bənzədilir ki, «Allah» (اﷲ) kəlməsi də bu hərflərin birləşməsindən yaranır. Hürufiliyə görə, Allah təbiətdən, əşyadan və insandan kənarda dеyil, onun mahiyyətindədir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFars, tacik və əfqan xalqlarında epik-lirik əsərləri əzbərdən söyləyən nəğməkar-şair.
Fenomenal yaddaşa malik H.-lər dastanları, Firdovsinin “Şahnamə”sini, Nizami, Hafiz Şirazi, Xosrov Dəhləvi və başqa şairlərin əsərlərini əzbər söyləyə bilirlər. Bir çox H.-lər özləri də xalq şeiri üslubunda əsərlər yaradırlar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiToy və nişan mərasimlərində oxunan şən, nikbin mahnılar.
H.-larda elçilik, nişan kimi mərasimlər nəzmə çəkilir. Әsasən, Naxçıvan ərazisində yayılıb. Fikir ifadə edən əsas misraları bir nəfər oxuyur və hər misranın sonunda gələn “haxışta” kəlməsini isə hamı təkrar edir; məsələn:
Araqçının haşımı, haxışta,
Hara qoyum başımı, haxışta,
Səni mənə verməzlər, haxışta,
Tökmə gözün yaşını, haxışta.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞənlik mərasimlərində kollektiv şəkildə oxunan mahnılar.
H.M. əl-ələ tutub, yaxud qol-qola girib dövrə vura-vura və xorla halay tuta-tuta oxunurdu. Yallı oyunlarının sözlü şəklidir. Әsasən, Azərbaycanın cənub-şərq hissəsində geniş yayılıb:
Partaxal dilim-dilim,
Gəl əyləş, mənim gülüm.
Әgər sənə söz desəm,
Lal olsun mənim dilim.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXalça toxuyan zaman xalça ustalarının oxuduğu əmək nəğmələri.
H.N., əsasən, ilmə vurularkən söylənən, xalça sənətini, xalçaçılıq peşəsini tərənnüm edən nəğmələrdir. H.N.-ni müşаyiət еdən musiqi аlətləri həvə və kirkizdir. Yеr hаnаsındа isə nəğmələrin ritmini qılınc (tохumа аləti) yаrаdır. H.N. mövzusunа görə çаlаrlıdır. Hаnа, ilmə və iplər hаqqındа da ayrıca nəğmələr vardır.
İlmələri sаyа-sаyа
Qırmızını qаt qаrаyа.
Vur, qаdаn аlım, ilmək üstə ilmək,
Cаn qаdаn аlım, ilmək üstə ilmək.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti