Söz birləşməsi formasında olan mürəkkəb şəxs adlarının ilk hərflərindən ibarət ixtisar.
Abreviaturadan fərqli olaraq A.İ.-larda hərflər arasında nöqtə qoyulur. A.İ. təxəllüslərə də şamil edilir: A.Ş. – Abdulla Şaiq, Ə.V. – Əliağa Vahid və s. Adətən, müxtəliftipli mətnlərdə sitat gətirilərkən müəllifi bildirmək üçün istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. absurdus – cəfəng
Ağıla, məntiqə sığmayan, boş və mənasız fikir, cəfəngiyyat.
Cəmiyyətin qəbul etdiyi, alışdığı ənənələri inkar edən, məntiqlə izah olunmayan fikirlər A. kimi qəbul edilir. Bəzi qələm sahibləri duyğu və düşüncələrini fərqli ifadə etmək üçün A. fikirlərdən istifadə edirlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin II yarısında Qərbi Avropa dramaturgiyasında meydana çıxmış avanqard cərəyan.
Absurdizm ədəbi cərəyanının sinonimi kimi də işlənir. Ekzistensializmə qarşı, sürrealizmə meyilli cərəyan kimi formalaşıb. A.D.-da intellekt, rasional düşüncə arxa plana keçir. Tənhalıq, bədbinlik, iradə zəifliyi, ruhi passivlik, sərsəmlik, cəmiyyətdən uzaqlaşma motivləri bu cür əsərlərin əsas xüsusiyyətləridir. Əsərin süjetində pərakəndəlik görünür, obrazların nitqində məntiqi əlaqə pozulur. A.D.-ın ilk nümunələrini E.İonesko “Daz xanəndə qadın” (1953), S.Bekket “Qodonun intizarında” (1952) pyesləri ilə yaradıblar. Azərbaycan ədəbiyyatında Elçin, sonralar Kamal Abdulla, Orxan Fikrətoğlu yaradıcılığında da A.D.-ın bəzi elementlərini görmək olar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxmış ədəbi cərəyan.
Elmi ədəbiyyatda “antiteatr”, “absurd dram”, “antidram” da adlanır. A.-ə görə, insan tarixboyu həyatda bir məna axtarmağa çalışıb, ancaq ağıllı bir cavab tapmayıb. Buna görə də A. nümayəndələri rasionallığı və məntiqi inkar edən fəlsəfi-estetik mövqedə olublar. A. qabarıq ifadəsini E.İoneskonun “Daz xanəndə qadın”, Bekketin “Qodonun intizarında” və s. pyeslərində tapıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiToy mərasim nəğməsi; gəlin köçürülərkən oğlan evinin adamları tərəfindən musiqinin müşayiəti ilə oxunan sataşma xarakterli məzəli şeir nümunələri.
Burada oğlan evinin üstün mövqeyi, qız evinin isə uduzmuş, məğlub vəziyyəti nəzərə çarpdırılır. A.-lərdə sataşma bəzən kəskin xarakter daşısa da, səmimi zarafat ruhlu olur:
Verdim bir dana,
Aldım bir sona.
Ay qız anası,
Qal yana-yana!
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiUşaq folklorunda deyişənlərin bir-birinə acıq vermək üçün söylədikləri mənzumə.
Süjetli şeir, yaxud dialoq şəklində olur. Bənd sistemində, misraların ölçüsündə və qafiyələnməsində müəyyən qanun-qayda olmur. Şuxluq və ifadə aydınlığı A.-nın əsas xüsusiyyətlərindəndir. Elmi ədəbiyyatda A.-ları forma və məzmununa görə fərqləndirərək müxtəlif terminlərlə adlandırmaq cəhdləri olmuşdur: sataşma, dolama, cırnatma və s. Bununla belə, forma müxtəlifliyi və məzmun vahidliyi (acıq vermək, sataşmaq, dolamaq) bu şeirlərin hamısına xasdır:
Bu gələn arıxdımı?
Əynindəki çarıxdımı?
Altında qotur yabı,
Böyründə nöyüt qabı.
Nə minibsən çərrəmişi,
Baldırrarın qırıxdımı?
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. adynaton – qeyri-mümkün
Üslubi fiqur: haqqında danışılan hadisənin qeyri-real situasiya ilə müqayisə edilərək qarşılaşdırılması.
Bu cür müqayisə yolu ilə mübaliğə (hiperbola) yaradılır, lakin adi mübaliğədən fərqli olaraq burada sözügedən hadisənin mümkünsüzlüyü vurğulanır. Məsələn: “Göylər uçub yerə tökülər, Dunay tərsinə axar, İzmail təslim olmaz” (1790-cı ildə İzmail qalasının sərkərdəsi Mehmet paşanın rus sərkərdəsi Suvorova cavabı); “Araz tərsinə axar, mən sənə yalvarmaram” (Ə.Məmmədxanlı). “Qurani-Kərim”də bu üslubi fiqurdan geniş istifadə edilir: “Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı” (“Loğman”, 27); “Onlar üçün səma qapıları açılmaz, dəvə iynənin gözündən keçməyənə qədər onlar cənnətə daxil olmazlar” (“əl-Əraf”, 40).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. aoidos – nəğməkar
Qədim Yunanıstanda qəhrəmanlıq eposu qoşan və ifa edən nəğməkar şair, ozan.
“İliada” və “Odisseya” eposlarını yaratmış Homer ən məşhur A.-lərdən biri olub. A.-lərin yaratdıqları qəhrəmanlıq nəğmələri hekzametr şeir ölçüsünə əsaslanır. Bu nəğmələrdən bir çoxu ağızdan-ağıza ötürülərək yayılıb və bu günümüzə qədər gəlib çatıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİlkin mənbələr və yüksək elmi tələblər əsasında hazırlanmış nəşr.
A.N. folklor nümunələrinin, klassik və müasir ədiblərin, habelə alimlərin əsərlərinin ilkin mənbələr əsasında nəşrini nəzərdə tutur. İlkin mənbələr dedikdə folklor ekspedisiyası zamanı əldə edilmiş audio-mətnlər, müəllifin özü və ya xəttatlar tərəfindən yazılmış mətnlər nəzərdə tutulur. Çox zaman A.N.-də müəllif mətninin orijinalı ilə bağlı mətnşünasların izah və şərhləri öz əksini tapır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti