Hadisə və varlıqların bənzərliyi və ya ziddiyyəti üzərində qurulmuş bir sıra üslubi fiqur və məcazların əsasını təşkil edən bədii üsul.
M.-də qarşılaşdırma, oxşatma elementləri bədii effekti, əyaniliyi, ekspressivliyi artırır. Nümunə: “Həqiqət – zirvədir, yalan – kor quyu...” (Xəlil Rza). Bu nümunədə antiteza müqayisə üzərində qurulub. Növbəti nümunədə isə M. bənzətmə şəklində təzahür edib:
Payızda yarpağa xal düşən kimi,
Düşür saçlarıma dən yavaş-yavaş.
(B.Vahabzadə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti