Müəyyən dövr ədəbiyyatını xarakterizə edən, həmin dövrdə yaşayıb-yaratmış bir çox yazıçıların əsərlərinə xas olan ideya, məzmun, üslub xüsusiyyətlərinin və bədii-estetik prinsiplərin məcmusu.
Bu prinsiplər yazıçıların əsərlərində özünəməxsus şəkildə təkrarlanır və müxtəlif parametrlərdə təzahür edir: həyat hadisələrinin və xarakter tiplərinin seçilməsi, onların işıqlandırılması və dəyərləndirilməsi, süjetin quruluşu, əsərlərdə istifadə olunan bədii ifadə vasitələri, dil xüsusiyyətləri və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir ədəbi hadisənin başqa bir ədəbi hadisə ilə ideya-yaradıcılıq əlaqələri.
Ә.Ə. ayrı-ayrı yazıçılar arasında, yaxud ədəbi cərəyanlar, məktəblər, bütöv ədəbi dövrlər, milli ədəbiyyatlar səviyyəsində yaranır. Hər hansı bir yazıçının yaradıcılığından Ə.Ə. baxımından danışarkən onun kimdənsə təsirlənməsi və ya kiməsə təsir etməsi nəzərdə tutulur. Bir milli ədəbiyyat daxilində Ə.Ə. bir yazıçı və ya yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəslə təsiri şəklində baş verir. N.Gəncəvi, M.Füzuli, M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi klassiklərin bir çox Azərbaycan şair və yazıçılarına təsiri buna misal ola bilər. Beynəlxalq Ə.Ə.-dən danışarkən çox zaman müxtəlif millətlərə məxsus yazıçıların yaradıcılıq əlaqələri, bədii tərcümələr, dram əsərlərinin səhnələşdirilməsi və s. nəzərdə tutulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik şeirdə qafiyə elementi: qafiyə yaradan sözdə dəxildən əvvəl gələn uzun “a” səsi.
Nümunə: Söz fərdinə sərf edib fərasət, əmlakına bulmuşam rəyasət (M.Füzuli). Buradakı “fərasət” və “rəyasət” sözlərindəki “t” rəvi, “s” dəxil, “a” isə Ə-T.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq poeziyasında az yayılmış, ərəb əlifbasına əsaslanan, formal xüsusiyyətlərə malik poetik formalardan biri.
Hər beytin əvvəlində ərəb əlifbasının bir hərfi yazılır. Misranın, yaxud beytin ilk sözü həmin hərflə başlanır. Hərfin adı şeir vəzninə daxil olur. Məzmunca daha çox dini mövzudadır.
Әlif – Әla qamətin hər kim gördü, bican olur,
Bey – Bəşarət buldu hər kim dilbəri-sultan olur.
Tey – Təmənna vəslini etdin, niyazın uşbudur,
Sey – Səna etməklik üçün uş canın qurban olur! (İ.Nəsimi)
Ə-L. şeir şəkli savadlı ustad aşıqların da yaradıcılığında işlənib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklorda müxtəlif əmək fəaliyyətləri (əkinçilik, heyvandarlıq, ovçuluq və s.) ilə bağlı oxunan nəğmələr.
Ə.N. bədii-estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlərdir. Bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır.
Həmçinin bax: