Bədii əsərin dil, üslub, eləcə də bədii forma və məzmun baxımından təkmilləşdirilməsi məqsədilə aparılan yaradıcı iş.
B.R. prosesini həyata keçirən şəxs, adətən, təcrübəli ədib, ədəbiyyat sahəsində söz sahibi olur. Bu prosesə, ilk növbədə, forma və məzmun uyğunluğunun təmin olunması, bədii ifadə vasitələrindən yerli-yerində istifadə, nəzm əsərlərinin vəzn və qafiyə baxımından təkmilləşdirilməsi daxildir. Bu iş çox zaman müəlliflə birgə, onun razılığı ilə həyata keçirilir, çünki B.R. prosesi müəllifin bədii üslub fərdiliyinə xələl gətirməməlidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti