Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

animasiya

fr. animation – canlandırma, di­rilt­mə

1. Multiplikasiya üsulunun və filmlərinin dünyanın bir çox ölkələrində adı.

2. Əvvəlcədən hazırlanmış qrafik kompüter fayllarının ardıcıl nümayişi, yaxud obyektin formasını dəyişmək yolu ilə onun hərəkət fazalarının kompüterdə ardıcıl imitasiyası.

3. Videokameralarda fraq­ment­­­­lərlə çəkiliş imkanı verən funksiya, həm­çinin fraqmentlərlə çəkilmiş kadrların mon­taj texnologiyası.

Jurnalistika terminləri lüğəti

anonim mənbə

yun. a – inkar hissəciyi + yun. onyma – ad

İdentifikasiya olun­masını istəməyən və yaxud təhlükəsizlik səbəblərindən jurnalistin özü tərəfindən gizli saxlanılan informasiya qaynağı.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

antivirus proqramları

Kompüter sis­tem­­lərini viruslardan mühafizə etmək üçün ­xüsusi proqram təminatları.

Onlardan vi­rus proqramlarını aşkarlamaq və ləğv etmək məqsədilə istifadə olunur. A.P. funksi­ya­larından asılı olaraq müxtəlif tip­lərə bölü­nür: proqram-həkimlər virus­ları tapır və zə­rərsizləşdirir, mühafizəçi proqramlar kom­­püterin yaddaş sistemini qo­ruyur, detektor proqramlar – yalnız onlara məlum olan virusları aşkarlayır, revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyətini müqayisə edir və s.

Jurnalistika terminləri lüğəti