lat. virus – zəhər
Başqa proqramlara daxil olan, öz surətini fayllara, sistem sahəsinə, şəbəkələrə və s.-yə yayaraq kompüterlərin normal işini poza bilən zərərli proqram.
Belə proqram kompüterə xarici yaddaş qurğularından, elektron poçtdan, digər internet resurslarından keçir və özünü təxminən bioloji V. kimi aparır: çoxalır, maskalanır, «yoluxdurur». V.-lar müxtəlif əlamətlərinə görə növlərə bölünür, ümumilikdə isə iki böyük qrupa ayrılır: fayllara bulaşan və kompüterin sistem sahələrinə bulaşan V.-lar. Bu V.-lar 1980-ci illərin əvvəllərindən məlumdur. «Kompüter V.-u» anlayışını 1984-cü ildə amerikalı alim Fred Kohen təklif edib və həmin terminə «başqa proqramları «yoluxduran», öz nüsxəsini daxil edərək onları dəyişikliyə uğradan proqram» tərifi verib.
Jurnalistika terminləri lüğəti