Bazar subyektinin sahibkarlıq fəaliyyətində qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura, yaxud onların işgüzar nüfuzuna xələl yetirə bilən hərəkətləri.
Media sahəsində yalnız bazar subyektlərinin qeyri-qanuni və ədalətsiz hərəkətləri deyil, hakimiyyət orqanlarının ayrı-ayrı KİV-ə xüsusi fəaliyyət rejimi yaratmaq haqqında qərarları da H.R. mühitinin yaranmasına səbəb ola bilər. Azərbaycanda media qanunvericiliyinə görə, dövlət KİV məhsullarının istehsalı və yayımı sahəsində H.R.-in qarşısını almaq üçün tədbirlər görməlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSahibkarlıq fəaliyyətində qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə, istehlakçıları çaşdırmağa yönəldilmiş, digər bazar subyektlərinin nüfuzuna xələl gətirə bilən reklam.
Reklam olunan əmtəədən istifadə etməyən şəxsləri gözdən salan, bu əmtəə ilə digərləri arasında qeyri-etik müqayisələr aparan, rəqibin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ziyan vuran, habelə başqa reklamlarda istifadə olunmuş eksklüziv mətni, görüntü və səs effektlərini köçürməklə, insanların təcrübəsizliyindən sui-istifadə etməklə, əhəmiyyətli informasiyanın bir hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirən reklamlar H.R. sayılır, onların yayılmasına yol verilmir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Hər hansı mətnin salındığı çərçivə, onun dizayn elementi.
H.-yə alınmış mətn görünüşünə görə digər materiallardan fərqlənir və ilk baxışdan oxucunun diqqətini cəlb edir.
2. Mövzudan, mətləbdən müvəqqəti kənara çıxma, yayınma.
Misal: “Burada bir haşiyəyə çıxıb keçən günlərə qayıdıram” (C.Məmmədquluzadə).
Jurnalistika terminləri lüğəti1. Yazının rahat oxunması və səhifənin estetik baxımdan gözəl görünməsi üçün qəzet və jurnalda sərlövhə ilə əsas mətn, şəkillə mətn, sütunlar arasında, səhifənin kənarlarında saxlanılan boşluq, ağ yer.
2. Fotoşəkildə və ya televiziya, kino kadrında görüntünün ətrafında, portretin yuxarı hissəsində saxlanılan boşluq, fəza.
3. Səslərin müəyyən vəhdət əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya.
Musiqidə H. ən xırda, incə detallarla dolu fəza effekti yaradır. Bu «fəza» önə çıxmır, duyulur, pauza yarandıqda daha aşkar hiss olunur. Orkestr çalmağa başlamazdan əvvəl dinləyicinin, tamaşaçının duyduğu, güclə eşidilən səslər H.-ya misaldır. Belə elementlərdən radio və televiziya verilişlərində, audio və videoyazılarda «iştirak effekti» yaratmaq üçün də istifadə olunur.
Jurnalistika terminləri lüğətiing. High Density – yüksək sıxlıq və ya ing. High Definition – yüksək görüntü keyfiyyəti
1. Sektorların yüksək sıxlığına və buna görə böyük informasiya tutumuna malik kompüter disketləri.
2. Yüksək görüntü keyfiyyətini təmin edən televiziya sistemi.
Kompüter monitorlarında da tətbiq olunan bu sistem ekranda şaquli və üfüqi istiqamətdə piksellərin böyük sıxlığı ilə seçilir.
Jurnalistika terminləri lüğətilat. helvetica
Neo-qrotesk şriftlər qrupuna aid edilən və kərtiyi (qabarıqlığı) olmayan şrift növü.
H.-nı 1957-ci ildə İşveçrənin Haas’sche Schriftgiesserei şirkəti yaradıb. Şrift qrupunun adı latıncadan tərcümədə “isveçrəli” mənası verən «H.» sözündən götürülüb. H. harmonikliyi və asan oxunması ilə seçilir, buna görə də qəzetlərdə, həmçinin loqotiplərdə geniş istifadə olunur. Dünyanın ən böyük şirkətlərindən çoxunun loqotipi məhz H.-nın əsasında yaradılıb.
Jurnalistika terminləri lüğəti1. Hər hansı hadisənin, prosesin, tədbirin emosiyasız və şərhsiz işıqlandırılması forması, jurnalistikanın informasiya janrlarından biri.
Dilinin quruluğu, təsvirin ardıcıllığı, bəzən sitatların, rəqəmlərin çoxluğu H. janrında materialların səciyyəvi xüsusiyyətləridir.
2. Hər hansı hadisəni, prosesi, tədbiri emosiyasız və şərhsiz, ardıcıl olaraq işıqlandıran jurnalist materialı.
Jurnalistika terminləri lüğətiHəftədə bir dəfə çap olunan qəzet, jurnal, bülleten və s.
Belə nəşrlər, adətən, həftəsonu çapdan çıxır, əhatə etdiyi dövr ərzində baş vermiş hadisələrin təhlilinə həsr olunur. H.N.-lər analitik materiallara, elmi-kütləvi yazılara üstünlük verir, yaxud müəyyən sahələr üzrə ixtisaslaşır: iqtisadiyyat, idman, təhsil, əyləncə və s. Həftədə 2–3 dəfə işıq üzü görən qəzetlər də, bir qayda olaraq, H.N.-ə aid edilir.
Jurnalistika terminləri lüğətiVətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlıq vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə yayılması məhdudlaşdırılan informasiya.
Azərbaycan qanunvericiliyinə görə, H.S. yalnız vətəndaşın (onun qanuni nümayəndəsinin) razılığı ilə, müstəsna hallarda isə (yoluxucu xəstəliklərin yayılması təhlükəsi, hüquqazidd hərəkətlər barədə şübhə yarandıqda, kütləvi zəhərlənmələr və zədələnmələr zamanı, istintaq orqanlarının və məhkəmənin sorğusu əsasında və s.) belə razılıq alınmadan açıqlana bilər. H.S.-nə müstəsna qaydada yiyələnən şəxslər onun yayılmasına görə tibb işçilərinə bərabər məsuliyyət daşıyırlar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGerçəklikdə baş vermiş hadisə; real vəziyyətə tam uyğun olan fikir, təsəvvür.
Fəlsəfi baxımdan obyektiv gerçəkliyin insan şüurunda düzgün inikası sayılan H.-ə xidmət jurnalistikanın əsas prinsiplərindəndir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının ilk maddəsi bu haqdadır: «Jurnalistikanın ali məqsədi H.-i yaymaqdır». Qaydalar media işçilərindən «qeyri-rəsmi mənbələrin məlumatlarını onların H.-ə uyğunluğu yoxlanılmadan» yaymamağı tələb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGerçəkliyi düzgün əks etdirməyən və ya bilərəkdən təhrif olunaraq qərəzli məqsədlərlə yayılan informasiya.
H.O.M.-ların yayılmasına görə jurnalistlər və redaksiyalar məsuliyyət daşıyır. Belə məlumatların aid olduğu fiziki və hüquqi şəxslərin onlara düzəliş, təkzib verilməsini tələb etmək, yaxud birbaşa məhkəmədə iddia qaldırmaq hüququ var. Jurnalistin akkreditədən keçdiyi təşkilat haqqında H.O.M.-lar yaydığı məhkəmə təsdiqini taparsa, o, akkreditədən məhrum edilə bilər. Lakin qanunda nəzərdə tutulmuş bəzi hallarda yalan məlumat yaymış KİV və jurnalistlər buna görə məsuliyyətdən azad edilirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti