Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotoqraf

yun. photos – işıq + yun. grapho – yazıram

Fotoqrafiya ilə məşğul şəxs, peşəsi fotoşəkil çəkmək olan mütəxəssis, o cümlədən jurnalist.

Termin 1849-cu ildə ingilis fiziki Con Herşel tərəfindən yaradılıb və fotoşəkil çəkən şəxsə deyil, şəklin özünə aid edilib. Hazırda da Qərbdə, ingilisdilli ölkələrdə F. deyəndə məhz foto­şəkil nə­zərdə tutulur. Bu peşə ilə məşğul olanlar isə photografer, yəni fotoqrafçı adlandırılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

fotoqrafik

yun. photos – işıq + yun. grapho – yazıram

1. Fotoqrafiya yolu ilə alınmış, fotoqrafiyaya aid olan. 

2. Gerçəklikdə ol­duğu kimi yadda qalmış, təsvir edilən; məs.: fotoqrafik yaddaş.

Jurnalistika terminləri lüğəti

fotoqrafiya

yun. photos – işıq + yun. grap­ho – yazıram

Real cisimlərin, süjetlərin statik təsvirinin optik cihazlar vasitəsilə alınması üsulu, prosesi.

Bir çox hallarda bu üsulla alınmış fotoşəkilləri də yanlış olaraq F. adlandırırlar. F.-nın bədii, sənədli, aerofotoqrafiya (havadan çəkiliş), mikrofotoqrafiya (çox kiçik obyektlərin mikroskop altında çəkilişi), split-fotoqrafiya (eyni ­zamanda həm sualtı, həm suüstü çəkiliş) ­və s. növləri var. F. üsulu 1820–30-cu il­lərdə fransızlar Jozef Nyeps və Lui Dagerr, ingilis fiziki Uilyam Talbot tərəfindən ixtira edilib.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

informasiya böhranı

1. İnkişaf edən intellektual imkanlarla daha böyük sürətlə genişlənən informasiya axını arasında ya­ra­­nan uyğunsuzluq.

Bu böhranın ma­hiy­yə­ti ondan ibarətdir ki, adamlar aldıqları in­­­for­masiyanı tam həcmdə qavramağa ma­­­cal tapmırlar.  İ.B. müxtəlif formalarda tə­­zahür edir: informasiya kütləsi insanın onu emal etmək bacarığını üstələyir; isti­fa­­dəçi əksər hissəsi faydasız olan mə­lu­matla­rın arasın­dan özü üçün lazımi in­­­­­for­­masiyanı seçə bilmir; məlumatların yayılması qar­şısında iqtisadi, siyasi, tex­noloji maneələr yaranır.

2. İnformasiyaya real tələbatın lazımi qaydada ödənilmə­mə­­si nəticəsində hər hansı sistemin fəa­liy­yə­tində yaranan pozğunluq.

Tam ol­­­­­­ma­yan, yanlış, yaxud çatışmayan məlu­matlar elmi araşdır­ma­larda, istehsal pro­sesində, sosial müna­sibətlərdə ciddi prob­lemlərə, böhran vəziyyətinə səbəb ola bilər.

Jurnalistika terminləri lüğəti

informasiya cəmiyyəti

Əhalinin böyük his­səsinin müasir texnologiyalardan isti­fadə et­məklə informasiyanın və onun ali for­ma­sı kimi biliyin istehsalı, saxla­nıl­ması, emalı, ötürülməsi ilə məşğul olduğu cə­miy­­yət.

Cəmiyyətin bu inkişaf mər­hə­lə­si­ üçün ictimai həyatda informasiyanın, bi­­­liklərin və tex­no­logiyaların rolunun art­ması, infor­ma­siya məhsulları və xid­mət­lərinin isteh­salı ilə məşğul olan in­sanların sayının üs­­tün­lük təşkil etməsi, informasiyalaşdırmanın yük­sək həddə çat­ması, ­qlo­bal informasiya mühitinin tam for­ma­­laşması, elektron de­mokratiya, elektron hökumət və elektron şəbəkələrin ən geniş səviyyədə yayılması xarakterikdir. İ.C. kon­sepsiyası 1960-cı il­lərdə yaradılıb və ilk vaxt­lar Ya­poniyada, ABŞ-da inkişaf etdi­rilib.

Jurnalistika terminləri lüğəti

informasiya dizaynı

İnformasiyanın ­bə­dii-texniki tərtibatı, təqdimatı üsulları və formalarının vəhdəti, dizaynın bir nö­vü.

İ.D.-nda yalnız məlumatın estetik görü­nüşü deyil, həm də funksional xü­su­siy­yətləri, istifadəyə yararlılıq və sə­mərəlilik baxı­mından keyfiyyətləri, qa­v­­ra­­­nılmasının psi­xo­loji aspektləri, digər faktorlar nəzərə alınır. İ.D. «informasiyanın struktur dizay­nı», «informasiyanın arxi­tekturası» da ­ad­landırılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti