Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya dəstəyi

1. Hər hansı tədbir, layihə barədə media orqanları tərəfindən həyata keçirilən məlumatlandırma kampa­niyası.

İ.D.-nin məqsədi tədbiri, layihəni populyarlaşdırmaqda onun təşkilatçılarına və icraçılarına kömək göstərməkdir. Əvə­zində bu prosesə qoşulmuş KİV də mü­əy­yən üstünlüklər qazanır: tədbirdə (kon­sert, sərgi və s.) reklam olunur, la­yihənin (mü­sabiqə, yarış) işıqlandırılması sahəsində eksklüziv hüquqlar əldə edir.

2. İda­rəçilik funksiyaları yerinə yetirən qurumlara, onların planlarına media orqan­larının informasiya təminatı formasında yardımı.

Belə orqanlar İ.D.-nə, adətən, mürəkkəb qərarların hazırlanması, qəbulu və icrası prosesində ehtiyac hiss edir.

Jurnalistika terminləri lüğəti