Məlumatların yayılmasının və əldə olunmasının qarşısını almaq üçün tədbirlər sistemi.
Buraya bir tərəfdən KİV-ə çıxış imkanlarının, digər tərəfdən isə media məhsullarından istifadənin məhdudlaşdırılması daxildir; məs.: hər hansı şəxsi göstərməyin telekanallara qadağan edilməsi, tirajın müsadirəsi, yayıma texniki maneə və s. İ.B.-nın obyekti şəxs, sosial qrup, təşkilat, cəmiyyət, ölkə ola bilər. Onun hakimiyyət tərəfindən öz əhalisinə, yaxud dövlət tərəfindən münaqişədə olduğu başqa dövlətə qarşı yeridilməsi mümkündür. Belə tədbirlər müxtəlif məqsədlərə xidmət edir: siyasi rəqibin cəmiyyətə təsir gücünü azaltmaq, kütləvi narazılığın qarşısını almaq, beynəlxalq ictimaiyyəti birtərəfli məlumatlandırmağa çalışmaq və s. İ.B. informasiya qarşıdurmasının tərkib hissəsidir.
Jurnalistika terminləri lüğəti