ing. byte – hissə, parça
Rəqəmsal informasiyanın saxlanması və emal olunması vahidi.
Əsas rəqəmsal informasiya vahidi olan B. kompüterdə eyni anda emal olunan bitlərin sayına (8 bit) bərabər götürülür. Buna görə bəzi sistemlərdə B. əvəzinə «oktet» terminindən istifadə edilir, B.-ın yarısı isə (dörd bit) nibbl adlandırılır. Kodlaşdırma sistemlərinin əksəriyyətində hər simvol kompüterin yaddaşında 1 bayt yer tutur; məsələn, "kompüter" ifadəsinin özündə 8 B.-lıq informasiya var. B. terminindən ilk dəfə amerikalı alim Verner Buxhols 1956-cı ildə istifadə edib.
Jurnalistika terminləri lüğətiing. back – geri, arxa + yun. akros – uca + yun. onyma – ad
Mövcud söz əsasında yaradılan, yaxud ona yeni məna verən abreviatur.
Belə abreviaturlar, adətən, termin kimi istifadə edilir; məsələn, kompüterdə proqram dillərindən biri olan BASİC – Beginner’s All-purpose Symbolic Instruction Code (başlayanlar üçün universal rəmzi təlimat kodu) sözlərinin baş hərflərindən əmələ gəlib, amma eyni zamanda ingilis dilində «özül, əsas» deməkdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Betacam
Studiya və studiyadankənar televiziya məhsulları istehsalında istifadə olunan keyfiyyətli videoyazı formatı.
Bu format 1982-ci ildə Sony şirkəti tərəfindən hazırlanıb və 20 ildən artıq bir dövrdə televiziyada yüksək standart göstəricisi hesab olunub. Televiziya sənayesində, adətən, belə standarta uyğun videokamera, videokaset və videomaqnitofonları da B. adlandırırlar. Betacam və Betacam SP kimi analoq tipli videocihazlar və informasiya daşıyıcıları ilə yanaşı, rəqəmsal tipli Digital Betacam, Betacam SX, HDCAM, MPEG IMX və HDCAM SR kimi sistemlər də meydana gəlib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Müxtəlif ölkələrin jurnalistlərini, yaxud jurnalist cəmiyyətlərini birləşdirən professional qurumlar.
B.J.T. ümumdünya və regional qurumlara bölünür. Onların əsas vəzifəsi jurnalistikanın professional səviyyəsinin yüksəldilməsi, peşə etikası standartlarının qorunması, media-hakimiyyət, media-cəmiyyət münasibətlərinin tənzimlənməsi, media biznesi sahəsində problemlərin optimal həlli yollarının tapılması və bu istiqamətdə qabaqcıl təcrübənin yayılmasıdır. Belə təşkilatlara Ümumdünya Qəzetlər Assosiasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Mətbuat Şuraları Birliyi misal ola bilər.
2. Söz və mətbuat azadlığını, jurnalist hüquqlarını qlobal səviyyədə qoruyan, media qanunvericiliyinin liberallaşdırılmasına çalışan beynəlxalq qurumlar, şəbəkələr.
Belə təşkilatlar genişmiqyaslı monitorinqlər, qiymətləndirmələr aparır, vaxtaşırı dünya ölkələri üzrə söz və mətbuat azadlığı reytinqləri nəşr edir. Onlara “Sərhədsiz jurnalistlər”, Jurnalistləri Müdafiə Komitəsi misal ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Beynəlxalq təşkilatların informasiya siyasətini və qlobal media sistemində mövcud tendensiyaları, peşə etikası üzrə beynəlxalq standartları və dünya ölkələrinin KİV haqqında qanunvericiliyini araşdıran, habelə beynəlxalq münasibətlər və təhlükəsizliklə bağlı məsələlərin mediada işıqlandırılması təcrübəsini öyrənən elm sahəsi.
B.J. – jurnalistika elminin bir qoludur.
2. Beynəlxalq münasibətlərin, dünyada baş verən qlobal siyasi və iqtisadi proseslərin işıqlandırılması sahəsində ixtisaslaşmış kadrlar hazırlayan ali məktəblərdə tədris fənni.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBeynəlxalq jurnalist təşkilatları tərəfindən qəbul olunmuş peşə fəaliyyəti qaydaları və etik normalar.
Bu qayda və normalar ümumi olaraq «Jurnalistlərin davranış prinsipləri haqqında deklarasiya» və «Jurnalistlərin peşə etikasının beynəlxalq prinsipləri» adlanan sənədlərdə öz əksini tapıb. Birinci sənəd Beynəlxalq Jurnalistlər Federasiyasının II konqresində (1954) qəbul olunub və sonra (1986) təkmilləşdirilib. O, jurnalistlərdən həqiqətə xidmət, əhalinin informasiya almaq hüququnun və informasiya mənbələrinin mötəbərliyinin təmin olunması, doğru-dürüstlük, səhvlərin dərhal düzəldilməsi və tənqidə cavab imkanının yaradılması, informasiyanın vicdanlı üsullarla toplanması, peşə sirrinin və informasiya mənbəyinin qorunması, diskriminasiyaya, faktların qəsdən təhrifinə, şərəf və ləyaqətin alçaldılmasına, plagiata yol verilməməsi, peşə müstəqilliyinin, şərəfinin və həmrəyliyinin yüksək tutulması kimi keyfiyyətlər tələb edən 9 bənddən ibarətdir. İkinci sənəd 1983-cü ildə YUNESKO-nun himayəsi altında dünyanın ən böyük regional jurnalist təşkilatları tərəfindən qəbul olunub və 10 prinsipə bölünür: vətəndaşların informasiya almaq hüququ; olayların obyektiv işıqlandırılması; jurnalistin sosial məsuliyyəti; jurnalistin professional şərəfi; KİV-ə ictimai çıxış və onların işində iştirak etmək imkanı; özəl həyata hörmət və ləyaqətin qorunması; ictimai maraqların gözlənilməsi; ümumbəşəri dəyər və mədəni müxtəlifliyə sayğı; bəşəriyyətə təhlükə gətirən bəlalarla mübarizə; yeni ümumbəşəri informasiya və kommunikasiya nizamının inkişafı. Bundan başqa, Avropa Şurası Parlament Assambleyası 1993-cü ildə qəbul etdiyi qətnaməsində informasiyanın ictimai inkişafda birincidərəcəli rolunu nəzərə alaraq həmin prinsipləri detallaşdırıb və ictimai-siyasi, fəlsəfi baxımdan əsaslandırıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Radio və televiziyada ədəbi əsərlərin, yaxud onlardan parçaların efirdə oxunması, bədii ədəbiyyatı təbliğ formalarından biri.
2. Estrada sənəti növü.
B.Q.-çilər hər hansı ədəbi əsərin oxunmasında özünəməxsus artistik keyfiyyətləri, emosionallıqları, aydın tələffüzləri və s. xüsusiyyətləri ilə fərqlənirlər.
Jurnalistika terminləri lüğətiVerilişin, dövri nəşrin, hər hansı yaradıcılıq məhsulunun mütəxəssis tərəfindən həyata keçirilən tərtibatı prosesi.
Buraya əsərin bədii tərtibatının konsepsiyasının işlənməsi, eskizlərin, dizayn elementlərinin, qrafik materialların, illüstrasiyaların, maketlərin və orijinal-maketlərin hazırlanması, habelə onların ilkin variantlarının təhlil, qiymətləndirilməsi və təkmilləşdirilməsi daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBədii tərtibat prosesinə ümumi rəhbərliyi həyata keçirən, habelə bu prosesdə bilvasitə iştirak edən mütəxəssis, yaradıcı şəxs.
B.R. tərtibat işlərinin ardıcıllığını, qaydalarını, qrafik materialların hazırlanma texnikası və metodlarını, istehsal ediləcək məhsulun bədii cəhətdən keyfiyyət standartlarını müəyyənləşdirir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti