Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

aypi

ing. IP < Internet Protocol – şəbə­­kə­­daxili protokol

Verilənlərin şəbəkə ­va­sitə­silə ötürülməsini təmin edən mar­ş­rut­­­­laşdırılmış internet protokolu.

A.-nin başlıca vəzifəsi informasiya paketini mən­bədən konkret ünvana çatdırmaqdır. Məhz A. ayrı-ayrı kompüter şəbəkələrini vahid ümum­dünya şəbəkəsinə çevirir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

aypi-ünvan

ing. IP address < Internet Protocol – şəbəkədaxili protokol

Şəbəkəyə qo­­şularaq kommunikasiya üçün inter­net protokolundan istifadə edən hər bir ava­danlığın rəqəmlərdən ibarət elektron ün­­vanı.

İnternetdə hər kompüterin öz uni­kal A-Ü.-ı olur və bütün digər kom­pü­terlər bu ünvanla əlaqə saxlayır. Çoxsaylı rə­qəm­ləri yadda saxlamaq çətin olduğu üçün mütə­xəssislər onların əvəzinə isti­fadə­çilərə domen adları təklif edirlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

bağlantı

Audiovizual media sistemlərində informasiyanı hadisə yerindən birbaşa auditoriyaya çatdırmağın forması.

B., adə­tən, aktual olayın baş verdiyi məkanla stu­diya, yaxud iki studiya arasında real vaxt rejimində yaradılır. Canlı reportaj din­lə­yicini, tamaşaçını hadisənin şahidinə çevi­rir. Qərb jurnalistikasında xəbərləmənin bu  formatı bəzən breaking news (təcili xə­bərlər) da adlandırılır. Jurnalist görün­tüləri studiyada monitorda izləyərək onlara şərh verir, yaxud yaradıcı komanda ilə ha­disə yerində işləyir, olayın fonunda stan­dupda çıxış edir, müsahibə götürür, sorğu keçirir və s.

Jurnalistika terminləri lüğəti