Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

xəbər portalı

lat. porta – giriş, darvaza

Müxtəlif informasiya resurslarını birləş­dirən və interaktiv xidmətlər təklif edən iri­həcmli xəbər saytı.

X.P. eyni domen adına malik bir neçə saytdan da ibarət ola bilər. Onun internet şəbəkəsində çoxlu sayda istifadəçiləri, zəngin informasiya bazası, geniş məlumat-axtarış imkanları, həmçinin bir çox başqa funksiyaları var. Portalda xəbərlərin yenilənməsi real vaxt rejimində baş verir. Geniş auditoriya üçün nəzərdə tutulmuş X.P. üfüqi, tematik X.P. isə şaquli portal adlanır.

Jurnalistika terminləri lüğəti

xəbər prodüseri

lat. producere – istehsal etmək, yaratmaq

Xəbər proqramlarının hazırlanmasına rəhbərlik edən və xəbər verilişlərinə tam həcmdə cavabdehlik ­da­şıyan şəxs.

O, süjetlərin düzümünə, mətnə, videotəsvirə, fotomateriallara, xro­nometraja nəzarət edir, süjetlərin hansı formada ve­riləcəyini müəyyənləşdirir. X.P. gündəlik xəbər buraxılışlarının ümumi planının tu­tulması, qrafikadan istifadə, süjetlərin ssenari planının təqdimatı və bu kimi məsələlərlə məşğul olur.

Jurnalistika terminləri lüğəti

xəbərdəntörəmə material

Xəbərdə haq­qında məlumat verilən mühüm ictimai-siyasi hadisələrin, faktların ətraflı araş­­­dırılmasına və müzakirəsinə həsr olun­­­muş məqalə, veriliş.

Televiziya və ra­dio­da X.M., bir qayda olaraq, əsas ­xə­bər proqramından sonra efirə çıxır, müz­a­kirəyə hadisə iştirakçıları və eks­pertlər də cəlb edilirlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

xətti montaj

fr.  montage – toplama, birləş­dirmə

Kadrların (təsvirlərin) yalnız bir xətt boyunca və yalnız ardıcıl düzülməsini şərt­ləndirən analoq montaj üsulu.

X.M. za­manı montaj olunmuş materiala kadr əlavə etmək, yaxud oradan kadr çıxarmaq üçün təsvir qismən (bəzən bütünlüklə) ye­nidən işlənməlidir. Qeyri-xətti montajda belə çox vaxt aparan əməliyyata ehtiyac qalmır.

Jurnalistika terminləri lüğəti

xidməti istifadə üçün informasiya

Əl­də olunmasına məhdudiyyət qoyulmaqla yalnız xidməti istifadə üçün nəzərdə tutul­muş məlumat.

İnformasiyanı «xidməti is­tifadə» kateqoriyasına aid etmək hüququ onun sahibinə məxsusdur. Lakin bu, qanuni əsaslarla (cinayət işi üzrə toplanmış, vax­tından əvvəl açıqlanması dövlət işlərinə və məhkəmə icraatına mane olan, ətraf mü­hitə ziyan vuran informasiyalar və s.) və məhz qanunda göstərilən müddət çər­çivəsində həyata keçirilə bilər. Bəzi fərdi məlu­mat­ların da (məsələn, şəxsin məh­kumluğu, sağlamlıq vəziyyəti barədə, öv­ladlığagötür­mə haqqında və s.) X.İ.Ü.İ. kateqoriyasına daxil edilməsinə yol verilir. Eyni zamanda informasiya yalnız o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki, onun yayıl­masından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin. X.İ.Ü.İ.-ların əldə olunmasına qoyulan məh­dudiyyət bu məhdudiyyəti doğuran səbəb­lər aradan qalxdıqda, lakin 5 ildən gec olmayaraq ləğv edilməlidir. Fərdi məlu­matların əldə olunmasına qoyulan məhdu­diyyət isə həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddə­tinə­dək, yaxud şəxsin vəfatından sonra 30 il müddətinədək qüvvədədir.

Jurnalistika terminləri lüğəti