1. Baş verən hadisələr haqqında yeni alınmış, diqqətəlayiq məlumat.
X.-i qalan məlumatlardan fərqləndirən əsas cəhətlər məhz bunlardır: yenilik və dəyərlilik. X., adətən, ölkədə və dünyada gedən müasir proseslərlə, son hadisələrlə bağlı olur. Lakin keçmişdə baş vermiş, təzə məlum olan faktlar da X. əhəmiyyəti kəsb edə bilər.
2. Ən mühüm, ictimai əhəmiyyət kəsb edən yeni fakt və hadisələr barədə operativ, yığcam jurnalist materialı, bu materialın janrı.
X. şöbələri, X. departamentləri KİV-in özəyini təşkil edən struktur vahidləridir.
Həmçinin bax: