Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

xidməti istifadə üçün informasiya

Əl­də olunmasına məhdudiyyət qoyulmaqla yalnız xidməti istifadə üçün nəzərdə tutul­muş məlumat.

İnformasiyanı «xidməti is­tifadə» kateqoriyasına aid etmək hüququ onun sahibinə məxsusdur. Lakin bu, qanuni əsaslarla (cinayət işi üzrə toplanmış, vax­tından əvvəl açıqlanması dövlət işlərinə və məhkəmə icraatına mane olan, ətraf mü­hitə ziyan vuran informasiyalar və s.) və məhz qanunda göstərilən müddət çər­çivəsində həyata keçirilə bilər. Bəzi fərdi məlu­mat­ların da (məsələn, şəxsin məh­kumluğu, sağlamlıq vəziyyəti barədə, öv­ladlığagötür­mə haqqında və s.) X.İ.Ü.İ. kateqoriyasına daxil edilməsinə yol verilir. Eyni zamanda informasiya yalnız o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki, onun yayıl­masından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin. X.İ.Ü.İ.-ların əldə olunmasına qoyulan məh­dudiyyət bu məhdudiyyəti doğuran səbəb­lər aradan qalxdıqda, lakin 5 ildən gec olmayaraq ləğv edilməlidir. Fərdi məlu­matların əldə olunmasına qoyulan məhdu­diyyət isə həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddə­tinə­dək, yaxud şəxsin vəfatından sonra 30 il müddətinədək qüvvədədir.

Jurnalistika terminləri lüğəti