İnternet vasitəsilə qarşılıqlı sosial əlaqələrin qurulmasına xidmət edən veb-sayt, onlayn mediaplatforma.
Bu platforma kontent şəbəkə üzvlərinin özləri tərəfindən yaradılır. S.Ş. termini internetin ixtirasından xeyli əvvəl (1954) amerikalı sosioloq Ceyms Barns tərəfindən təklif olunub və ilk vaxtlar öz aralarında ünsiyyətdə olan tanış insanların dairəsinə aid edilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. socialis – ictimai + lat. lingua – dil
Dilin inkişafında sosial şəraitin rolunu, dillə sosial proseslərin qarşılıqlı əlaqəsini öyrənən elm sahəsi, dilçiliyin bir bölməsi.
S. cəmiyyətin sosial strukturundan, yaşayış yerindən, təhsil səviyyəsindən, istifadə etdiyi kommunikasiya üsullarından və s.-dən asılı olaraq dildə baş verən dəyişiklikləri araşdırır. KİV mətnlərinin təhlili dilçilik elmində sosiolinqvistik informasiya əldə etməyin əsas metodlarındandır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnsanın istənilən məsələ barədə öz fikir və düşüncələrinə malik olmaq, onları həm yazılı, həm də şifahi şəkildə senzurasız, sərbəst ifadə etmək hüququ.
Bu geniş anlayışa hər kəsin istədiyi informasiyaları, ideyaları axtarmaq, əldə etmək və ifadə formasından asılı olmayaraq yaymaq hüquqları da daxildir. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə və ölkənin konstitusiya aktlarına görə, S.A. yalnız qanunun yol verdiyi və buna ictimai zərurətin yarandığı hallarda – digər şəxslərin hüquq və azadlıqlarının, dövlət təhlükəsizliyinin, sağlamlığın, mənəviyyatın, ictimai təhlükəsizliyin qorunması məqsədilə məhdudlaşdırıla bilər. S.A. – ümumbəşəri fundamental dəyər kimi bir tərəfdən konkret insanın fərdi inkişafı, onun cəmiyyətdə özünü ifadə edə bilməsi üçün vacibdir, digər tərəfdən ölkədə demokratik dövlət idarəçiliyinin və sosial-iqtisadi inkişafın təmin olunmasının əsas şərtidir. S.A. əsassız məhdudiyyətlərə məruz qoyulan cəmiyyətdə mətbuat azadlığı, müstəqil media mövcud ola bilməz.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. spam – Spiced HAM – “ədviyyatlı donuz əti” ticarət markasının adından yaranmış abreviatura
İnternetdə kütləvi şəkildə yayımlanan, istifadəçinin razılığı olmadan, adətən, onun elektron poçtuna göndərilən reklam xarakterli məlumatlar.
S. termini II Dünya müharibəsindən sonra Amerikada həddən artıq geniş reklam olunan SPAM (Spiced HAM) ət konservlərinin adından götürülüb. 1980-ci illərdə Usenet kompüter şəbəkəsində maliyyə piramidalarının kütləvi şəkildə reklamları yayıldıqda istifadəçilər onları donuz konservlərinin reklamları ilə müqayisə etmişdilər. Beləliklə, S. abreviaturası yeni məna qazanmışdı.
Jurnalistika terminləri lüğəti