Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mediaplatforma

1. İstənilən növ informasiyanın internetdə yerləşdirildiyi bütün resursların cəmi.

M. – istifadəçinin internetdə tutduğu «ərazi», yerləşdiyi «meydança»dır: buraya onun saytı, Feysbuk səhifəsi, daxil olduğu qruplar, İnstaqramda, Tvitterdə akkauntları və s. daxildir.

2. Foto və videoçəkiliş aparmaq üçün xüsusi olaraq quraşdırılmış, yaxud ayrılmış əlverişli meydança.

Adətən, M. ikimərtəbəli konstruksiyadan ibarət olur və jurnalistlərə hadisəni, tədbiri maneəsiz çəkmək imkanı verir.

Jurnalistika terminləri lüğəti