Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

reklam kampaniyası

Hər hansı obyekti auditoriyada tanıtmaq, mal və xidmətlə­rin bazarını yaratmaq, yaxud geniş­lən­dir­mək məqsədilə müəyyən vaxt ərzində konkret ərazidə həyata keçirilən, vahid ideya və konsepsiyaya malik tədbirlər kompleksi.

R.K. xarakterinə (siyasi, kom­mersiya, sosial), strateji məqsədinə (imic yaratma, stimullaşdırma, stabil­ləş­dirmə), miqyasına (yerli, milli, regional, ümumdünya), hədəf auditoriyasına və s. parametrlərinə görə fərqlənə bilər. Belə kampaniyalar, adətən, eyni zamanda bir neçə üsulla, lakin başlıca olaraq media vasitəsilə həyata keçirilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti