Nəşrin baş redaktoru yanında məşvərətçi orqan.
R.Ş. ictimai xadimlərdən, tanınmış mütəxəssislərdən ibarət olur, mühüm məsələlərlə bağlı redaksiyanın mövqeyinin müəyyənləşdirilməsində, mövzu seçimində, xüsusi əhəmiyyət kəsb edən materialların nəşrdən öncə qiymətləndirilməsində iştirak edir. R.Ş.-nın konkret səlahiyyətləri nəşrin nizamnaməsində, yaxud daxili əsasnaməsində əksini tapır.
Jurnalistika terminləri lüğətilat. redactio – qaydaya salma
1. Kütləvi informasiya vasitəsi məhsulunun buraxılışına cavabdeh olan, onun ideoloji istiqamətinə, keyfiyyətinə, o cümlədən fakt və informasiyaların dəqiqliyinə görə məsuliyyət daşıyan əməkdaş.
2. Nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, əlyazmanın mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan mütəxəssis.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. refrain < refraindre – təkrarlamaq
1. Musiqi əsərinin əsas mövzusu, dəfələrlə təkrar olunan parçası.
2. Şeirdə bəndlər arasında təkrarlanan bir və ya bir neçə sətir.
3. Məcazi mənada: hər hansı materialın əvvəlindən axırınadək keçən, təkrarlanan başlıca ideya, fikir.
Jurnalistika terminləri lüğətifr. régisseur < lat. rego – idarə edirəm
Televiziya və radio verilişinin, filmin, tamaşanın, estrada-konsert proqramlarının quruluşunu verən, çəkiliş prosesinə və aktyorların işinə rəhbərlik edən yaradıcı şəxs, habelə onun tutduğu vəzifə.
R.-un əsas funksiyası hər hansı ssenarini, ideyanı, əsəri kütləvi nümayiş etdirilə biləcək tamaşa formasına salmaqdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiit. ricatto – şantaj
Jurnalistikanın verdiyi hüquq və imkanlardan şantaj və dələduzluq yolu ilə başqalarından pul qoparmaq üçün istifadə edən şəxslərin fəaliyyətinə bəzi ölkələrdə qoyulmuş ad.
R.J. anlayışı 1990-cı illərin sonlarından Azərbaycanda geniş yayılsa da, onun nə leksik məna, nə də hüquqi cəhətdən izahı yoxdur: eyni üsulla «reket», habelə bu anlayışın ifadə etdiyi «mütəşəkkil cinayətkarlıq», «hədə-qorxu və zorakılıq» terminlərini dələduzluqla məşğul olan istənilən şəxsin özünə deyil, peşəsinə aid etmək mümkündür. Bütünlüklə peşəni nüfuzdan salan yanlış anlayış kimi R.J. termininin istifadəsindən çəkinmək məqsədəuyğundur.
Jurnalistika terminləri lüğətilat. reclamare – qışqırmaq
İstehlakçıların diqqətini hər hansı obyektə cəlb etmək və onların bu obyektə marağını, tələbatını formalaşdırmaq, habelə əmtəəni bazarda tanıtmaq, mal və xidmətlərin satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumat.
R. fəaliyyətində qanunla qadağan edilməyən üsul və vasitələrdən istifadə olunmalı, başqa əmtəələrin bazar nüfuzuna xələl gətirilməməli, insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və s.-yə ziyan vura biləcək çağırışlara, dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.
Həmçinin bax:
Reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar qurum.
Böyük R.A.-ləri uzunmüddətli reklam kampaniyasının təşkili, auditoriyanın öyrənilməsi, KİV-in reytinqinin müəyyənləşdirilməsi, reklamın səmərəliliyinin ölçülməsi kimi sahələrdə də xidmətlər göstərdikləri üçün iri şirkətlər birbaşa media orqanları ilə deyil, onlarla işləməyə üstünlük verir.
Jurnalistika terminləri lüğəti1. Teleradio yayımında proqramlar (verilişlər), filmlərin nümayişi zamanı, yaxud onlar arasında fasilələrdə birdəfəyə verilən reklamların cəmi.
R.B.-larının yerləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin qaydalara görə, müstəqil hissələrdən ibarət teleradio proqramlarında, idman verilişlərində, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız bu hissələrin arasında, ya da fasilələrdə blok şəklində verilə bilər; ayrıca verilişlərdə bir R.B.-nun sonu ilə növbəti R.B.-nun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır və s.
2. Dövlət tədbirləri, ölkənin ali vəzifəli şəxslərinin çıxışları, habelə xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi verilişlər, sənədli filmlər isə R.B. ilə kəsilə bilməz.
Jurnalistika terminləri lüğəti