Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

əsasnamə

Media təşkilatının, onun ayrı-ayrı strukturlarının iş rejimini, funk­siya­larını, öhdəlik və vəzifələrini, yaradıcı  fə­a­liyyətinin sərhədlərini müəyyən edən sənəd, qaydalar toplusu.

Nizamnamədən fərqli olaraq media təşkilatında bir neçə (məsələn, şöbələr üzrə) Ə. ola bilər və onların qüvvəyə minməsi üçün dövlət or­qanından qeydiyyatdan keçirilməsi tələb olunmur.

Jurnalistika terminləri lüğəti