1. İnformasiyanın müxtəlif vasitələrlə müəyyən məsafəyə ötürülməsi və qəbulu prosesi.
2. İnformasiyanın ötürülməsini və qəbulunu təmin edən vasitələrdən, xətlərdən, cihazlardan, proqram təminatından ibarət istehsalat-kommunikasiya sahəsi.
İnformasiyanın ötürülmə üsulundan və qaydalarından asılı olaraq fərqli rabitə növləri (poçt, telefon, teleqraf və s.) mövcuddur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. radium – şüa, şüalandırmaq
1. İnformasiyanın elektromaqnit dalğaları vasitəsilə müəyyən məsafəyə naqilsiz ötürülməsi və qəbul edilməsi üsulu.
2. Səslərin radioelektron qurğularla uzaq məsafəyə ötürülməsi ilə əlaqədar elm, texnika və mədəniyyət sahəsi, sənət növü.
R. bir sıra digər sənət sahələrinin xüsusiyyətlərini özündə birləşdirir, musiqi ilə sıx bağlıdır. İnformasiyanın ən kütləvi yayım vasitələrindən biri olan R. eyni zamanda elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s.-də geniş tətbiq olunur. R.-nun tarixi XIX əsrin sonlarından başlanır. Azərbaycanda isə müntəzəm R. yayımının əsası 1926-cı ildə qoyulub.
3. Bax: radio jurnalistikası.
Həmçinin bax:
Radio proqramlarının texniki və texnoloji hazırlığını, efirə verilməsini təmin edən istehsal müəssisəsi.
R.E. studiyada və studiyadan kənarda səsyazmanın həyata keçirilməsi, informasiyanın ötürülməsi, fonotekanın yaradılması üçün avadanlıqlara, texnoloji komplekslərə, həmçinin nəqliyyat, təmir və bu kimi köməkçi xidmət sahələrinə malik ixtisaslaşmış mərkəzdir. R.E. verilişlər hazırlamaqla yanaşı, öz studiyalarını musiqi yazmaq üçün başqa təşkilatlara icarəyə verir, ədəbi-bədii radio proqramlarının, yaxud səslərin və verilişlərin montajı, bərpası ilə məşğul olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Jurnalistikada radionun ifadə vasitələrinə (söz, musiqi, səs) və radio yayımının texniki imkanlarına əsaslanan fəaliyyət sahəsi.
2. Radio proqramları və verilişlərinin, habelə radionun özünəməxsus ifadə vasitələrinin məcmusu.
R.J. jurnalistikanın digər sahələrindən, xüsusilə çap mediasından fərqli spesifik xüsusiyyətlərə malikdir: yüksək dərəcədə operativlik, auditoriyaya geniş emosional təsir imkanları, informasiyanın eyni zamanda böyük kütləyə çatdırılma xərclərinin ucuzluğu və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Efirdə radio yayımının aparıldığı tezlik zolağı; ötürücüləri son məntəqədəki qəbuledici cihazlarla birləşdirən texnoloji sistem.
Bu sistemə proqramın mənbəyi (mikrofon), ötürücü, səsgücləndirici və nizamlayıcı qurğular, digər texniki vasitələr (qəbuledici anten, səsucaldıcı və s.) daxildir.
2. Məzmununa, hədəf auditoriyasına və materialların təqdimat üsuluna görə fərqlənən radio formatı.
Bu göstəricilər üzrə qruplaşdırılan uşaq kanalları, sürücülər üçün kanallar, musiqi kanalları, informasiya kanalları və s. mövcuddur.
Jurnalistika terminləri lüğəti1. Radio jurnalistikasının mürəkkəb, çoxelementli janrlarından, ədəbi veriliş formalarından biri.
R.K. müxtəlif sənədli, ədəbi və musiqili materialların ardıcıl düzülərək aparıcı mətni ilə birləşdirildiyi veriliş növüdür.
2. Hər hansı ədəbi-bədii əsərin, o cümlədən teatr tamaşasının radio üçün uyğunlaşdırılmış variantı.
R.K.-nın iki növü daha geniş yayılıb:
a. Şeir və mahnıların, musiqi, nəsr və dramaturgiya əsərlərinin, yaxud onların fraqmentlərinin daxil olduğu ədəbi-musiqili kompozisiyalar.
b. Aktyorların oxuduğu, rol oynadığı ədəbi materialların orijinal səs sənədlərinə uyğunlaşdırılmış sənədli-bədii kompozisiyalar. R.K.-nın ikinci növü radiofilmə yaxındır.
Jurnalistika terminləri lüğətiRadio rabitəsi və radio verilişləri üçün texniki vasitələr və tikililər kompleksi.
Təyinatına görə qəbuledici, ötürücü və qəbuledici-ötürücü R.M.-ləri var. Maneələri azaltmaq üçün belə mərkəzlər bir-birindən və sənaye müəssisələrindən uzaqda yerləşdirilir.
Jurnalistika terminləri lüğətiRadio jurnalistikasında iki və daha çox jurnalistin eyni vaxtda müxtəlif məkanlardan efirə çıxmasını nəzərdə tutan veriliş formatı.
R.S.-ndən informasiya proqramlarında mövzusuna, digər əlamətlərinə görə uyğun gələn materialların, eyni məsələ barədə rəylərin yanaşı və ya müqayisəli şəkildə verilməsi lazım olduqda, yaxud yüksək səviyyədə operativliyi təmin etmək məqsədilə istifadə edilir.
Jurnalistika terminləri lüğətiƏdəbi-bədii əsərlərin radionun ifadə vasitələri ilə səhnələşdirilməsindən, pyeslərin, musiqili tamaşaların radio ilə səsləndirilmək üçün işlənməsindən ibarət sənət sahəsi.
R.T., əsasən, üç istiqamətdə inkişaf edir:
1. Ədəbi və musiqili əsərlərin radio üçün səhnələşdirilməsi.
2. Teatr tamaşalarının translyasiyası.
3. Xüsusi olaraq radio üçün yazılmış orijinal pyeslərin səsləndirilməsi.
Jurnalistika terminləri lüğəti